12 Noyabr 2021 17:23

Agentlikdə ÜST-ün Avropa Regional Ofisinin nümayəndələri ilə görüş olub

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov ilə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı, ÜST-ün Avropa Regional Ofisinin reabilitasiya üzrə Regional texniki rəhbəri Satiş Mişra və Avropa Regional Ofisin Reabilitasiya və Əlillik üzrə Regional texniki əməkdaşı Kasal Morqan arasında görüş keçirilib.

Görüş zamanı ÜST-ün Avropa regionunda reabilitasiya və köməkçi texnologiyalar sahəsindəki fəaliyyəti, əhaliyə bu texnologiyalara əlçatanlılığının artırılmasının vacibliyi və gələcəkdə Agentliyin ÜST ilə bu istiqamətdəki fəaliyyətin əlaqələndirilmiş şəkildə təşkil olunması ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə Agentliyin və TƏBİB-in nümayəndələri iştirak ediblər.

 

 

Zəng sifariş et