03 Oktyabr 2022 11:30
Agentliklə SGK icbari tibbi sığorta sahəsində əlaqələri gücləndirir
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) nümayəndə heyəti Türkiyə Respublikası Sosial Müdafiə Qurumu (SGK) ilə imzalanan Anlaşma Memorandumunun birgə illik iş planına uyğun olaraq İzmirdə səfərdə olub.
Səfər çərçivəsində nümayəndə heyəti “İcbari tibbi sığortanın maliyyələşdirilməsi, informasiya texnologiyalarının tətbiqi, ekspertiza və geri ödəmə sistemləri” mövzusunda sentyabr ayının sonunda keçirilən konfransda iştirak ediblər.
Konfransın açılışında çıxış edən SGK-nın Ümumi Tibbi Sığorta Baş İdarəsinin rəhbəri Gökhan Tuna Öztürk iki dövlət arasındakı dostluq və qardaşlıq münasibətlərinin səhiyyə və tibb sahələrini də əhatə etdiyini və bu sahə üzrə lazımi dəstəyi hər zaman ölkəmizə göstərəcəklərini bildirib.
Daha sonra çıxış edən Agentliyin Beynəlxalq əlaqələr departamentinin rəhbəri Ruslan Abdullayev Türkiyə ilə qarşılıqlı əlaqələr sayəsində ölkəmizdə tətbiq olunan icbari tibbi sığorta sisteminin qarşıya qoyduğu hədəflərə çatacağına inandığını vurğulayıb.
3 gün ərzində davam edən konfransda hər iki qurumun nümayəndələri “Risklərin müəyyən edilməsi və qruplaşdırılması”, “Səhiyyə müəssisələrində ödəniş prosesi”, “Tibbi sığorta çərçivəsində informasiya texnologiyalarının tətbiqi” və digər mövzularda təqdimatlarla çıxış ediblər.
Qeyd edək ki, Anlaşma Memorandumu çərçivəsində imzalanan 3 illik Fəaliyyət Planının bu ilki mövzusu “İcbari tibbi sığortanın maliyyələşdirilməsi və informasiya texnologiyalarının tətbiqi”dir. Səfər müddətində nümayəndə heyəti mövcud qanunverici baza, qurumların aktuar balansları, sığortahaqqının müəyyən edilməsi, həvəsləndirici əlavələrin tətbiqi ilə bağlı məlumat əldə ediblər. Fəaliyyət Planının icrası məqsədi ilə görülən tədbirlər çərçivəsində icbari tibbi sığortanın tətbiqinin Türkiyə təcrübəsinə əsaslanaraq təkmilləşdirilməsinə dair təkliflər hazırlanacaq.
Məlumat üçün bildiririk ki, Fəaliyyət Planı çərçivəsində 8-10 fevral 2022-ci il tarixlərində SGK nümayəndələri tərəfindən Azərbaycana ilk rəsmi səfər olub.
Xəbərlər
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 İyul 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 İyul 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 İyul 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 İyul 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla bərpa olunur
01 İyul 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 İyun 2024 10:51
İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
24 İyun 2024 14:52
Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib
21 İyun 2024 17:00
İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21 İyun 2024 10:57
Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı
14 İyun 2024 14:49