07 Yanvar 2024 15:30
Agentliyin Çağrı mərkəzində yeni xidmət istifadəyə verilib
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) vətəndaşlara göstərilən xidmətin daha da təkmilləşdirilməsi və vətəndaş məmnunluğunun artırılması məqsədilə “1542” Çağrı mərkəzinə yeni xidmət əlavə edib.
Bu gündən etibarən vətəndaşlar icbari tibbi sığorta çərçivəsində müqaviləli özəl tibb müəssisələrində xidmət ilə bağlı suallarını “1542” Çağrı mərkəzinə ünvanlaya biləcəklər. Bunun üçün müvafiq dili seçdikdən sonra 2 düyməsini seçmək lazımdır.
Qeyd edək ki, bundan əvvəl 2-ci xətdə əlillik məsələləri ilə bağlı zənglər qəbul edilirdi. Əlillik üçün göndərişlərin rəsmiləşdirilməsi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələri tərəfindən həyata keçirildiyi üçün vətəndaşlar sözügedən məsələ ilə bağlı TƏBİB-in “815” Çağrı mərkəzinə müraciət edə bilərlər.
Məlumat üçün bildirək ki, Agentliyin Çağrı mərkəzi 4 yönəldici xətt üzrə xidmət göstərir. Çağrı mərkəzinin icbari tibbi sığorta xətti (1542-1), müqaviləli özəl tibb müəssisələrində xidmət ilə bağlı xətti (1542-2), göndərişlərin verilməsi ilə bağlı xətti (1542-3), koronavirusla bağlı xətti (1542-4) həftəiçi 5 gün 09:00-dan 18:00-dək, operator ilə əlaqə xətti (1542-0) isə 7/24 fəaliyyət göstərir.
Xəbərlər
Sidik-ifrazat sisteminin katerizasiyası icbari tibbi sığorta təminatına daxildir
30 Sentyabr 2024 15:15
Tənəffüs sisteminin funksional diaqnostikası icbari tibb sığorta ilə qarşılanır
24 Sentyabr 2024 15:32
Zaur Əliyev Şamaxıda vətəndaşları qəbul edib
20 Sentyabr 2024 17:16
Eşitmə problemlərinin erkən diaqnostikası icbari tibbi sığorta ilə qarşılanır
17 Sentyabr 2024 15:04
Tibb bacısı xidmətinin inkişafı məqsədilə Türkiyə təcrübəsi öyrənilir
13 Sentyabr 2024 17:54
Sünnət icbari tibbi sığorta hesabına təminata alınıb
12 Sentyabr 2024 10:35
Agentlik və TƏBİB-in əməkdaşları Koreya Respublikasında səfərdə olublar
11 Sentyabr 2024 14:24
Anadangəlmə dodaq və damaq yarıqlarının cərrahi korreksiyası icbari tibbi sığorta ilə icra edilir
06 Sentyabr 2024 10:26
Kolonoskopiya müayinəsi icbari tibbi sığorta ilə qarşılanır
03 Sentyabr 2024 10:04
İcbari tibbi sığorta hesabına 145 transplantasiya əməliyyatı icra olunub
29 Avqust 2024 09:59