30 Oktyabr 2019 11:40

Agentliyin İdarə Heyətinin sədri Böyük Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi ilə görüşüb

30 oktyabr 2019-cu il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev Böyük Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi  Baronessa Emma Nikolsonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə səhiyyə sahəsində həyata keçirilən islahatlarla bağlı Agentliklə əməkdaşlıq məsələləri müzakirə edilib. Baronessa Emma Nikolson sözügedən sahədə Böyük Britaniyanın Azərbaycanla öz təcrübəsini bölüşməyə hazır olduğunu bildirib.

Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev gələn ildən etibarən ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə hazırlıq prosesi, Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarında pilot layihə çərçivəsində həyata keçirilən icbari tibbi sığortanın müsbət nəticələri barədə nümayəndə heyətinə məlumat verib.

Zəng sifariş et