21 Noyabr 2022 16:20
Agentlik “Uşaq hüquqları aylığı” çərçivəsində tədbirlər keçirib
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən uşaqların tibbi yardım almaq hüquqları barədə məlumatlandırılması, vaxtında keyfiyyətli tibbi xidmətlərlə təmin edilməsi məqsədilə “Uşaq hüquqları aylığı” çərçivəsində bir sıra tədbirlər icra olunub.
20 oktyabr-20 noyabr tarixlərini əhatə edən aylıq çərçivəsində Agentliyin nümayəndələri tərəfindən Bakı şəhəri T.Həsənov adına 23 nömrəli və general-leytenant K.A.Kərimov adına 8 nömrəli tam orta məktəblərdə uşaq hüquqları, beynəlxalq sənədlər, eləcə də uşaqların icbari tibbi sığortanın Xidmətlər Zərfindən istifadə imkanları barədə tədbirlər keçirilib. 9, 10 və 11-ci sinif şagirdlərinin, psixoloq və müəllim heyətinin iştirakı ilə keçirilən hər iki tədbirdə ümumilikdə 400 nəfər iştirak edib.
Bununla yanaşı, Bakı şəhəri 1 və 20 nömrəli uşaq poliklinikalarında 90 nəfərə yaxın həkim, orta tibb işçisi, psixoloq və valideynin iştirakı ilə təlim keçirilib. Tədbirdə yerli və beynəlxalq qanunvericilikdə uşaq hüquqlarının tənzimlənməsi, uşaqlarla düzgün rəftar və davranış qaydaları, eyni zamanda uşaqlarla bilavasitə çalışan tibb işçilərinə icbari tibbi sığortadan istifadə qaydaları barədə ətraflı məlumat verilib. Bütün tədbirlərdə iştirakçılar məlumatlandırıcı materiallar ilə təmin olunublar.
Aylıq çərçivəsində Agentliyin təşəbbüsü ilə Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində məskunlaşan uşaqlar üçün ixtisaslı həkim müayinələri təşkil olunub. Müayinələrə ümumilikdə 14 nəfər olmaqla 1-18 yaş qruplarında olan uşaq və yeniyetmələr, həmçinin uşaq sığınacağında məskunlaşan qadınlar cəlb olunublar.
Qeyd edək ki, Agentlik gələcək nəsillərin sağlamlığını təmin etmək məqsədilə uşaqları daim diqqət mərkəzində saxlayır və onların vaxtında müayinə, müalicələri istiqamətində davamlı tədbirlər görür. Belə ki, Agentliyə təqdim edilən ilkin hesabatlara əsasən 2022-ci ilin yanvar-oktyabr ayları ərzində TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində 35 620 650 tibbi xidmət göstərilib. 10 milyona yaxın (27%) tibbi xidmətdən uşaqlar istifadə edib.
Cari ilin yanvar-sentyabr ayları ərzində dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan xidmətlərlə bağlı özəl tibb müəssisələrinə göndəriş əldə edən uşaqlara 1346 tibbi xidmət göstərilib. Sözügedən tibbi xidmətlərin 387-ni oftalmoloji, 246-nı travmatoloji, 184-nü ürək-damar cərrahiyyəsi təşkil edib. Koxlear implantasiya və endoprotezləşdirmə əməliyyatlarının sayı isə ümumilikdə 82 olub.
Bununla yanaşı, Agentlik tərəfindən aidiyyəti qurumlarla birgə “Təhlükəsiz analıq” adlı pilot layihə icra olunur. Ana və uşaq sağlamlığının yaxşılaşdırılması məqsədilə icra olunan layihə çərçivəsində doğum və reproduktiv sağlamlıq sahəsində çalışan tibb personalının potensialının artırılması, ailə planlaması, arzuolunmayan hamiləliklərə vaxtında müdaxilə və s. kimi prioritet mövzular üzrə əhali arasında müxtəlif maarifləndirmə tədbirlərinin keçirilməsi planlaşdırılıb.
Məlumat üçün bildirək ki, “Uşaq hüquqları aylığı” Uşaq Hüquqları haqqında Konvensiyanın qəbul edilməsinin ildönümü ərəfəsində 20 oktyabr – 20 noyabr tarixlərində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan olunub.
Xəbərlər
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 İyul 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 İyul 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 İyul 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 İyul 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla bərpa olunur
01 İyul 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 İyun 2024 10:51
İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
24 İyun 2024 14:52
Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib
21 İyun 2024 17:00
İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21 İyun 2024 10:57
Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı
14 İyun 2024 14:49