18 May 2022 10:22
Aprel ayında icbari tibbi sığorta çərçivəsində 3 milyondan çox tibbi xidmət göstərilib
Aprel ayında dövlət tibb müəssisələrinə 849 726 şəxs 1 571 809 dəfə müraciət edib. Vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı isə 3 448 090 olub. Tibbi xidmətlərin 84 %-i ambulator, 16 %-i stasionar şəraitdə göstərilib. Pasiyentlərin 30 %-ni uşaqlar, 70 %-ni böyüklər təşkil edib.
Bakı şəhəri üzrə tibbi statistik göstəricilər
Bu ilin aprel ayında Bakı şəhəri üzrə dövlət tibb müəssisələrinə 329 213 şəxs 644 555 dəfə müraciət edib. Bu, ölkə üzrə qeydə alınan bütün müraciət sayının 41 %-ni təşkil edir. Vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı isə 1 364 139 olub və bu göstərici də bütün tibbi xidmət sayının 40 %-ni təşkil edir.
Ən çox tibbi xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğunu təqdim edirik: Bakı Baş Səhiyyə Mərkəzi, Nərimanov Tibb Mərkəzi, Kliniki Tibb Mərkəz, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Sabunçu Tibb Mərkəzi, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Xəzər Tibb Mərkəzi, Binəqədi Tibb Mərkəzi, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu və Akademik M.A Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi.
63 şəhər və rayon üzrə tibbi statistik göstəricilər
Cari ilin aprel ayında Bakı şəhəri istisna olmaqla, 63 şəhər və rayon üzrə dövlət tibb müəssisələrinə 537 152 şəxs 927 254 dəfə müraciət edib. Bu, ölkə üzrə qeydə alınan bütün müraciət sayının 59 %-ni təşkil edir. Vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı isə 2 083 951 olub və bu göstərici də bütün tibbi xidmət sayının 60 %-ni təşkil edir.
Ən çox tibbi xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğunu təqdim edirik: Sumqayıt Tibb Mərkəzi, Gəncə Şəhər Birləşmiş Xəstəxanası, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası, Bərdə, Xaçmaz, Yevlax, Abşeron, Quba, Balakən və Şəki rayon mərkəzi xəstəxanaları.
Xəbərlər
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 İyul 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 İyul 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 İyul 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 İyul 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla bərpa olunur
01 İyul 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 İyun 2024 10:51
İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
24 İyun 2024 14:52
Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib
21 İyun 2024 17:00
İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21 İyun 2024 10:57
Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı
14 İyun 2024 14:49