18 Dekabr 2019 15:19

İcbari tibbi sığortanın tətbiqi ilə bağlı regionlarda maarifləndirmə tədbirləri keçirilir

2020-ci ildən etibarən icbari tibbi sığortanın ilkin mərhələdə tətbiq olunacağı 20 regionda, habelə hazırda pilot layihənin icra olunduğu 3 inzibati ərazidə cari ilin noyabr və dekabr ayları ərzində keçirilmiş maarifləndirilmə tədbirləri başa çatıb. Tədbirlər Mingəçevir və Şəki şəhərləri, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Yevlax və Ağdaş rayonlarında təşkil olunub.  Sözügedən regionların icra hakimiyyətlərinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) birgə təşkilatçılığı ilə keçirilən tədbirlərin məqsədi icbari tibbi sığortanın ölkə üzrə mərhələli tətbiqi və sistemin üstünlükləri barədə əhalini məlumatlandırmaq olub.

Tədbir iştirakçılarına icbari tibbi sığorta sisteminin məqsədi, sığortahaqları, xidmətlər zərfi, tibb müəssisələrinə müraciət etmə qaydaları və s. barədə məlumat verilib. Tədbirlərdə Agentliyin məsul əməkdaşları, o cümlədən regionların icra hakimiyyətlərinin, mərkəzi xəstəxanalarının, diaqnostika mərkəzlərinin məsul nümayəndələri çıxış ediblər.

İcra hakimiyyətlərinin rəsmiləri icbari tibbi sığortanın tətbiqini səhiyyə sahəsində aparılan uğurlu islahatların davamı kimi dəyərləndirərək, sistemin səhiyyənin inkişafına töhfə verəcəyinə əminliklərini vurğulayıblar. Həmçinin bildirilib ki, icbari tibbi sığortanın məqsədi əhalinin səhiyyə xərcləri ilə bağlı maliyyə yükünü azaltmaq və yüksək keyfiyyətli tibbi xidmətlərə əlçatanlığını təmin etməkdir.

Mərkəzi rayon xəstəxanalarının nümayəndələri bildiriblər ki, rəhbərlik etdikləri tibb müəssisələrində icbari tibbi sığortaya keçidlə bağlı hazırlıq işləri aparılır. Hazırlıq işləri əsasən tibb müəssisələrində informasiya-kommunikasiya texnologiyaları (İKT) infrastrukturunun qurulması, İKT-nin imkanlarından istifadə etməklə, icbari tibbi sığortanın məlumat bazasının, habelə müvafiq proqram təminatının yaradılması, o cümlədən tibb heyətinin bilik və bacarıqlarını artırmaqla bağlıdır.

Sonda vətəndaşları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb. Bu istiqamətdə maarifləndirmə tədbirlərinin mərhələli şəkildə ölkənin digər regionlarında da keçirilməsi nəzərdə tutulub.

Xəbərlər

Koronavirus pandemiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinə və könüllülərə iyul ayı üzrə 359 min manat müddətli əlavə ödənilib

25 Sentyabr 2020 10:08

Asiya İnkişaf Bankı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birgə hesabat tədbiri keçirib

24 Sentyabr 2020 14:37

Dövlət başçısının adından Naxçıvan Muxtar Respublikasına ambulanslar təqdim edilib

23 Sentyabr 2020 14:40

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Azərbaycan Dövlət İqtisad Universiteti arasında Anlaşma Memorandumu imzalanıb

22 Sentyabr 2020 10:08

“Koreya-Azərbaycan səhiyyə sahəsində əməkdaşlıq” mövzusunda onlayn vebinar keçirilib

17 Sentyabr 2020 17:20

Agentlik koronavirus pandemiyası ilə mübarizədə iştirak edən tibb və qeyri-tibb işçilərinə iyul ayı üzrə 20 milyon manat müddətli əlavə ödəyib

16 Sentyabr 2020 12:02

Dövlət büdcəsindən 2021-ci il üzrə ödəniləcək icbari tibbi sığorta haqqının adambaşına düşən məbləği müəyyən edilib

08 Sentyabr 2020 16:00

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “1542” Çağrı mərkəzi fəaliyyətini 3 saatlıq dayandıracaq

07 Sentyabr 2020 14:51

Britaniya Tibb Jurnalı COVID-19 mövzusunda təlim modullarına ödənişsiz çıxış təmin edir

27 Avqust 2020 17:21

Şirvanda  Şəhər Mərkəzi Xəstəxanası və Müalicə-Diaqnostika Mərkəzinə xəstə qəbulu müvəqqəti olaraq dayandırılacaqdır

27 Avqust 2020 15:33