08 Avqust 2019 15:32
Oğuz və Qəbələ rayonlarında icbari tibbi sığorta ilə bağlı maarifləndirici tədbir keçirilib
2019-cu ilin 7 avqust tarixində Oğuz, 8 avqust tarixində isə Qəbələdə həmin rayonların icra hakimiyyətlərinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) təşkilatçılığı ilə “Ölkə üzrə icbari tibbi sığorta sisteminin tətbiqi” mövzusunda növbəti silsilə maarifləndirici tədbir keçirilib. Tədbirin keçirilməsində məqsəd əhalini icbari tibbi sığorta sistemi, sistemin üstünlükləri, ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə hazırlıq barədə məlumatlandırmaq olub.
Tədbirdə Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini Yusif Naxçıvanski, Oğuz rayon Mərkəzi Xəstəxanasının baş həkimi Anar Əzizov, Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova, Qəbələ rayon Mərkəzi Xəstəxanasının baş həkimi Sabir Bayramov, Agentliyin əməkdaşları Pərvin Baxşəliyeva, Elvin Abbasov və Vüsal Əzizov çıxış ediblər.
Y.Naxçıvanski bildirib ki, ölkə rəhbərliyi tərəfindən əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində bir sıra islahatlar həyata keçirilir. Onlardan biri də ölkə üzrə icbari tibbi sığortanın tətbiq edilməsi ilə bağlı verilən qərardır.
A.Əzizovun sözlərinə görə, icbari tibbi sığortanın ölkə üzrə tətbiqi məqsədilə tibb müəssisələrinin maddi-texniki bazası yaxşılaşdırılacaq və xəstəxanalarda informasiya texnologiyaları infrastrukturu qurulacaq.
Ə.Osmanova tibb sahəsində dövlət başçısının rəhbərliyi altında uğurlu islahatların aparıldığını, icbari tibbi sığorta sisteminin tətbiqi ilə bağlı mühüm addımlar atıldığını və artıq 2020-ci ilin yanvarın 1-dən sistemin bütün ölkə ərazisini əhatə edəcəyini bildirib.
S.Bayramov isə öz növbəsində xəstəxanaların müasir texnoloji nailiyyətlərə əsaslanan tibbi avadanlıqlarla təchiz olunduğunu, icbari tibbi sığortanın əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində tətbiq olunacağını diqqətə çatdırıb.
Agentliyin əməkdaşları icbari tibbi sığorta sisteminin məqsədi, sistemin tətbiqi ilə bağlı dünya ölkələrinin təcrübələri, xidmətlər zərfi çərçivəsində göstəriləcək ambulator, stasionar müayinə və müalicələr barədə çıxış ediblər. Bildirilib ki, xidmətlər zərfinin əlavə hissəsinə həkim müayinəsi, laborator diaqnostik müayinələr, cərrahi əməliyyatlar, xəstənin ehtiyaclarına uyğun qulluq və s. tibbi xidmətlər daxildir.
Sonda vətəndaşları maraqlandıran suallar Agentliyin əməkdaşları tərəfindən cavablandırılıb və iştirakçılara maarifləndirici buklet paylanılıb.
Qeyd edək ki, bundan əvvəl maarifləndirici tədbir Quba, Qusar, Balakən, Qax, Zaqatala rayonlarında və Şəki şəhərində keçirilib.
Xəbərlər
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 İyul 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 İyul 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 İyul 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 İyul 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla bərpa olunur
01 İyul 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 İyun 2024 10:51
İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
24 İyun 2024 14:52
Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib
21 İyun 2024 17:00
İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21 İyun 2024 10:57
Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı
14 İyun 2024 14:49