05 May 2023 14:35
Azərbaycan və Koreya arasında tibbi sığorta sisteminin təkmilləşdirilməsinə yönəlik memorandumlar imzalanıb
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyevin başçılıq etdiyi nümayəndə heyəti cari ilin 1-5 may tarixlərində Koreya Respublikasında işgüzar səfərdə olublar.
Səfər müddətində Koreya Respublikasının bir sıra dövlət qurumları ilə görüşlər keçirilmiş, tibbi sığorta sisteminin inkişaf perspektivləri müzakirə edilmişdir, habelə bu sahədə tərəfdaşlığın genişlənməsinə əlavə imkanlar açan Anlaşma Memorandumları imzalanmışdır.
Belə ki, Agentlik və Koreya Respublikasının Milli Tibbi Sığorta Xidməti (NHIS) arasında imzalanan Memorandum tibbi sığorta sistemini təkmilləşdirmək və bu sahədə qarşılıqlı faydalı əməkdaşlığı təşviq etmək məqsədi daşıyır. Sənəddə həmçinin informasiya və qabaqcıl təcrübə mübadiləsi, birgə seminarlar, konfranslar, peşəkarlar üçün təlimlər, təcrübə və mübadilə proqramlarının keçirilməsi nəzərdə tutulur. Memorandum sığorta uyğunluğunun və sığorta ödənişlərinin idarə edilməsi, sığorta yığımlarının toplanılması, tibb müəssisələrinin fəaliyyətinin təşkili, sığorta maliyyəsinin səmərəliliyi, sağlamlıq haqqında ictimai məlumatlılığın artırılmasına istiqamətlənir.
Agentlik və Koreya Respublikasının Tibbi Sığortaya Baxış və Qiymətləndirmə Xidməti (HIRA) arasında imzalanan Memorandum isə tibbi xidmətlərin satın alınması, o cümlədən, göstərilən xidmətlər üzrə tibbi iddiaların yoxlanılması, Xidmətlər Zərfinin formalaşdırılması, dərman vasitələrinin və tibbi cihazların tariflərinin müəyyən olunması, ödəniş mexanizmlərin hazırlanması və təkmilləşdirilməsi, tibbi xidmətlərin keyfiyyəti, informasiya texnologiyaların tətbiqi sahələrində təcrübə mübadiləsinin təşviqinə yönəlib. HIRA ilə qurulan əməkdaşlıq onun beynəlxalq icma və təşkilatlarla bölüşdüyü bilik və təcrübələrini əldə etməklə tibbi sığorta sistemində xidmət keyfiyyətini daha da yaxşılaşdırmağa istiqamətlənir. Eləcə də, Memorandumla Azərbaycan və Koreya Respublikasının tibbi sığorta sahələri üzrə birgə tədqiqatların aparılması və nəticələrin beynəlxalq jurnallarda nəşr etdirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, NHIS vətəndaşları tibbi sığorta ilə təmin edən dövlət qurumu, HIRA isə Səhiyyə və Rifah Nazirliyinin tabeliyində fəaliyyət göstərən keyfiyyətin yoxlanılması və qiymətləndirilməsinə cavabdeh olan dövlət qurumudur.
#İTS #icbaritibbisığorta #İTSDA #səhiyyə
Xəbərlər
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 İyul 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 İyul 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 İyul 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 İyul 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla bərpa olunur
01 İyul 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 İyun 2024 10:51
İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
24 İyun 2024 14:52
Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib
21 İyun 2024 17:00
İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21 İyun 2024 10:57
Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı
14 İyun 2024 14:49