03 Noyabr 2022 17:30
Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları “Medinex” sərgisinin açılışı olub
03 noyabr 2022-ci il tarixində Bakı Ekspo Mərkəzində Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları “Medinex” və Azərbaycan Beynəlxalq Gözəllik İndustriyası “Beauty Azerbaijan” sərgilərinə start verilib.
Sərginin açılış mərasimində Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov və Caspian Event Organisers (CEO) şirkətinin Baş direktoru Fərid Məmmədov iştirak ediblər.
Səhiyyə naziri Teymur Musayev çıxışında bildirib ki, Azərbaycanda səhiyyənin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmaqla, ölkəmizdə tibbi sərgilərin keçirilməsi ilə qırılmaz əlaqəyə malikdir: “Bugünkü sərgi otuz ildən artıq müddət ərzində keçirilən tədbirlərin davamı olan daha bir müsbət hadisədir. Bu nöqteyi-nəzərdən, Səhiyyə Nazirliyi olaraq tibb ictimaiyyətinə innovativ məhsulların tanıdılmasına, mütəxəssislərin müasir trendləri izləməsinə, elmi-texniki nailiyyətlərin tətbiqinə imkan yaradan sərgilərin təşkilini yüksək qiymətləndiririk”.
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov öz çıxışında belə sərgilərin imkanlarının sonsuz olduğunu qeyd edib: “Bu layihə tibb sahəsinin həm təcrübəli, həm də gənc mütəxəssisləri, ixtisaslaşdırılmış təhsil müəssisələrinin rezidentləri və tələbələri üçün çox vacibdir. Əlbəttə ki, sərgi çərçivəsində keçirilməsi nəzərdə tutulan praktiki və elmi tədbirlər gənc mütəxəssislərin inkişafı və yeni biliklərə yiyələnməsində mühüm rol oynaya bilər. Mən sərgidə yerli tibbin inkişafının mühüm tərkib hissəsi olan müasir informasiya texnologiyaları və tibbi proqramların nümayişini xüsusi olaraq vurğulamaq istərdim”.
Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev bu gün səhiyyə sahəsində aparılan əsas islahatlardan birinin məhz ölkədə icbari tibbi sığortanın tətbiqi olduğunu vurğulayıb. Onun sözlərinə görə, Agentliyin məqsədi əhaliyə göstərilən tibbi xidmətlərin əlçatanlığını və keyfiyyətini artırmaqdır: ““Medinex” sərgisi icbari tibbi sığorta haqqında məlumatların ölkəmizin geniş vətəndaş kütləsinə çatdırılmasına imkan yaradan və ölkədəki dövlət və özəl tibb müəssisələri arasında əməkdaşlığın qurulmasına şərait yaradan platformalardan biridir. Sərgi tibb sahəsindəki müasir təcrübələrə əsaslanan innovativ yeniliklərin özəl və dövlət tibb müəssisələrində tətbiqinə xidmət etmiş olacaq. Biz sərgidə təqdim olunan yenilikləri maraqla öyrənəcəyik, çünki bu, onların gələcəkdə bizim gündəlik işimizdə tətbiq edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir”.
TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov çıxışında ölkədə səhiyyənin inkişafının əsas istiqamətləri, ölkə vətəndaşlarının sağlamlığının qorunması, səhiyyə sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi, tibb sahəsində innovasiyaların tətbiq edilməsi məsələləri haqqında ümumi məlumat verib. O bildirib ki, “Medinex” sərgisi tibb sahəsində yeni məhsulların və texnologiyaların geniş şəkildə təqdim olunmasını əsas məqsəd kimi öz qarşısına qoyur: “Bu sərgi Xəzər regionunda tibb mütəxəssislərini bir araya gətirən ən böyük tədbirdir”. V.Qurbanov sərgi iştirakçılarının işgüzar əməkdaşlıq qurmaqla yanaşı, böyük təcrübə və yeni biliklər qazanacaqlarına əminliyini ifadə edib.
CEO şirkətinin baş icraçı direktoru Fərid Məmmədov bildirib ki, “Medinex” sərgisi uzun illər ərzində keçirilmiş “BIHE” tibb sərgisinin dəyişdirilməsi yolu ilə yaradılmış yeni bir brenddir. O, səhiyyə sahəsində keçirilən tədbirlər kompleksində mühüm yer tutur.
Məlumat üçün bildirək ki, Medinex - səhiyyə mütəxəssislərini bir araya gətirən biznes platformasıdır. Aparıcı yerli və xarici istehsalçılar və distribütorlar sərgidə ölkə klinikalarının təkmilləşdirilməsinə və müalicənin effektivliyinin artırılmasına kömək etmək üçün öz yeni məhsul və xidmətlərini təqdim edəcəklər.
Sərginin ekspozisiyası dünyanın 12 ölkəsindən, o cümlədən Azərbaycan, Belarus, Danimarka, İsveçrə, İtaliya, Pakistan, Qazaxıstan, Rusiya Federasiyası, Sloveniya, Türkiyə, Yaponiya, Əlcəzair və digər ölkələrdən 90-dan çox şirkəti birləşdirəcək.
Bu il “Medinex 2022” sərgisi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və TƏBİB-in fəal iştirakı və dəstəyi ilə keçirilir.
Sərgilərin təşkilatçısı Caspian Event Organisers şirkətidir. Sərgilər noyabrın 5-nə kimi davam edəcək.
Xəbərlər
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 İyul 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 İyul 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 İyul 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 İyul 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla bərpa olunur
01 İyul 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 İyun 2024 10:51
İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
24 İyun 2024 14:52
Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib
21 İyun 2024 17:00
İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21 İyun 2024 10:57
Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı
14 İyun 2024 14:49