26 Fevral 2020 09:43
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərinin birgə məlumatı - YENİLƏNİB
Saat 14:39
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, bu gün həkim müayinəsi üçün xəstəxanaya 29 nəfər daxil olub. Həmin şəxslərin səhhətində hər hansı problem aşkarlanmayıb. Onların İrandakı xəstəlik alovlanan ərazidə olub-olmadıqları araşdırılır.
Xatırladaq ki, dünən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına həkim müşahidəsi üçün 23 nəfərin yerləşdirilmişdir. Hazırda ümumilikdə 52 nəfərdən 2-sinin hərarəti normadan bir qədər yüksəkdir. Həkim müşahidələri davam edir. Ölkə vətəndaşlarından qeyd edilən məsələyə həssas yanaşılmasını, süni ajiotaj yaratmaq məqsədi ilə sosial şəbəkələr vasitəsi ilə yayılan yalan məlumatlara etibar etməməyi xahiş edir.
Saat 09:43
Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə həkim müşahidəsi üçün 7 nəfər yerləşdirilib. Həkim müşahidəsinə götürülənlərin 2-si Azərbaycan, digərləri İran İslam Respublikası vətəndaşlarıdır. Onlarda 6-sının vəziyyəti normaldır səhhətlərində hər hansı problem aşkarlanmayıb. 1 nəfərin bədəninin hərarəti normadan yüksəkdir. Həkim müşahidələri davam edir.
İran İslam Respublikasının xəstəlik qeydə alınan ərazilərində olanlar isə artıq məlumat verdiyimiz kimi müayinə məqsədilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Sözügedən xəstəxananın məlumatına görə, həkim müşahidəsinə götürülənlərdən 2 nəfərinin hərarəti normadan bir qədər yüksəkdir. Səhhətlərində ciddi problem aşkarlanmayıb. Qeyd edək ki, yuxarıda qeyd olunanların əksəriyyəti İrana ziyarətə gedənlərdir.
Ölkə vətəndaşlarından qeyd edilən məsələyə həssas yanaşılmasını, süni ajiotaj yaratmaq məqsədi ilə sosial şəbəkələr vasitəsi ilə yayılan yalan məlumatlara etibar etməməyi xahiş edirik. Kütləvi informasiya vasitələrindən xəbər başlıqlarının məzmununda çaşqınlığa səbəb olan ifadələrdən istifadə etməməyi xahiş edirik.
Xəbərlər
Zaur Əliyev Daşkəsən rayonunda vətəndaşları qəbul edib
22 Aprel 2024 10:52
Böyrəyin çıxarılması əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır
19 Aprel 2024 09:45
Katarakta əməliyyatı zamanı Amerika istehsalı olan linzalar icbari tibbi sığorta ilə qarşılanır
16 Aprel 2024 10:30
Agentlik tərəfindən 101 tibb müəssisəsi monitorinqlərə cəlb edilib
05 Aprel 2024 17:53
İcbari tibbi sığorta ilə transfuzioloji yardım təkmilləşdirilir
01 Aprel 2024 11:56
Zaur Əliyev Kürdəmir rayonunda vətəndaşları qəbul edib
29 Mart 2024 15:00
Təxliyə zamanı həyati təhlükəsi olanlara təcili tibbi yardım göstərməyə imkan verən yeni ambulanslar alınıb
18 Mart 2024 12:40
Qlaukomanın müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
12 Mart 2024 12:23
İcbari tibbi sığorta üzrə xidmətlərin göstərildiyi Liv Bona Dea Hospitalına media-tur təşkil edilib
06 Mart 2024 17:00
Vətəndaşlara özəl tibb müəssisələrini elektron qaydada seçmək imkanı verilib
05 Mart 2024 15:55