12 Sentyabr 2022 17:38
“Azərbaycanda icbari tibbi sığorta mexanizmlərinin gücləndirilməsi” tvinninq layihəsinin birinci komponenti üzrə görüş keçirilib
“Azərbaycanda icbari tibbi sığorta mexanizmlərinin gücləndirilməsi” tvinninq layihəsi çərçivəsində seminar keçirilib. Seminar əhaliyə keyfiyyətli tibbi xidmətlərin göstərilməsini təmin etmək üçün icbari tibbi sığorta sisteminin hüquqi və institusional bazalarının gücləndirilməsini əhatə edən layihənin birinci komponenti üzrə keçirilib.
Seminarda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova, Agentliyin aidiyyəti departamentlərinin nümayəndələri, Litva Respublikasının Dövlət Tibbi Sığorta Fondunun Hüquq department rəhbərinin müavini Evelina Qalçiute və Fondun Hüquq şöbəsinin rəhbəri Tomas Ragauskas, Tvininq layihəsinin rezident müşaviri Qediminas Çerniauskas iştirak ediblər.
Təqdimatla çıxış edən litvalı ekspertlər öz ölkələrinin səhiyyə sistemi, səhiyyə qurumlarının fəaliyyət istiqamətləri, Xidmətlər Zərfinin formalaşdırılması və tibb təchizatçıları ilə müqavilələrin bağlanması meyarları haqqında ətraflı məlumat veriblər.
Qeyd edək ki, tvinninq layihəsi Avropa İttifaqının maliyyə dəstəyi, Litva Respublikasının Səhiyyə Nazirliyi nəzdində Dövlət Tibbi Sığorta Fondu və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilir.
Layihənin məqsədi Avropanın qabaqcıl təcrübələrinə uyğun olaraq ölkəmizdə səhiyyə xidmətlərinin keyfiyyətinin və əlçatanlığının yaxşılaşdırılmasına dəstək olmaqla Azərbaycanda dövlət səhiyyə sektorunun dayanıqlılığının gücləndirilməsinə töhfə verməkdir.
Məlumat üçün bildiririk ki 2017- 2019-cu illərdə Avropa İttifaqının maliyyə dəstəyi ilə “Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək” tvinninq layihəsi icra olunub. Hazırda icrasına başlanılan “Azərbaycanda icbari tibbi sığorta mexanizmlərinin gücləndirilməsi” tvinninq layihəsi əvvəlki layihənin II mərhələsi kimi davam etdirilir.
Xəbərlər
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 İyul 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 İyul 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 İyul 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 İyul 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla bərpa olunur
01 İyul 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 İyun 2024 10:51
İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
24 İyun 2024 14:52
Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib
21 İyun 2024 17:00
İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21 İyun 2024 10:57
Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı
14 İyun 2024 14:49