16 Noyabr 2022 14:15
Bir sıra tibb işçilərinin əməkhaqlarına tətbiq edilən əlavələr artırılıb
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müvafiq qərarı ilə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”nda dəyişikliklər edilib.
Dəyişikliklərdə həkimlərlə yanaşı, orta tibb işçiləri üçün də artımlar nəzərdə tutulub. Belə ki, bir sıra həkim və orta tibb işçilərinin aylıq sabit həvəsləndirici əlavələri 14-150 % artırılıb. Artım Statistika və Aptek bölmələrinin rəhbərləri vəzifələrində çalışan həkimlərə, provizor vəzifəsi üzrə çalışan həkimlərə, həkim-statistik, həkim-metodist, tibbi şöbələrin (bölmələrin, kabinetlərin) müdirlərinə (həkim-stomatoloq istisna olmaqla) şamil olunur (Cədvəl 1).
Həmçinin ilk dəfə olaraq tərbiyəçi və əmək terapiyası üzrə təlimatçı vəzifələrində çalışan orta tibb işçilərinin aylıq vəzifə (tarif) maaşına 200 manat məbləğində aylıq sabit həvəsləndirici əlavələr təyin olunub (Cədvəl 1).
Bundan başqa TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrindən Agentlik tərəfindən yaradılmış “B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiya”ya üzv təyin olunmuş həkim-mütəxəssislərin aylıq vəzifə (tarif) maaşına da 200 manat məbləğində aylıq sabit həvəsləndirici əlavələr müəyyən edilib (Cədvəl 1).
Aşağıda qeyd olunan ixtisaslardan olan həkimlər üçün ambulator fəaliyyət üzrə işin nəticələrinə görə həvəsləndirici əlavənin tətbiq edildiyi iş günü həddi artırılıb:
Terapiya və pediatriya ixtisasları üzrə çalışan həkimlər üçün 25 nəfər sığortaolunandan 35 nəfərə;
Həkim-mama-ginekoloq və bütün cərrahi ixtisaslar üzrə çalışan həkimlər üçün 20 nəfərdən 30 nəfərə;
Eyni zamanda, ultrasəs müayinə üzrə çalışan həkim üçün işin nəticələrinə görə həvəsləndirici əlavənin tətbiq edildiyi iş günü həddi 25 nəfər sığortaolunandan 30 nəfərə çatdırılıb.
Tibb müəssisələrinin struktur bölmələrində böyük tibb bacısı (qardaşı), böyük mama, böyük feldşer, böyük laborant və təsərrüfat bacısı (qardaşı) vəzifəsində çalışanlar üçün aylıq sabit həvəsləndirici əlavələrə tətbiq edilən artım 15 faizdən 50 faizədək yüksəlib. Baş tibb bacısı (qardaşı) vəzifəsində çalışanlara isə Vahid Tarif Cədvəli üzrə əməyin ödənilməsi dərəcəsinə uyğun aylıq vəzifə (tarif) maaşının 15 faizi həcmində artım tətbiq edilib (Cədvəl 2).
Qaydaya edilən bu dəyişiklik 4 noyabr 2022-ci il tarixindən qüvvəyə minib.
Qayda ilə daha ətraflı buradan tanış ola bilərsiniz.
Xəbərlər
Zaur Əliyev Sabirabad şəhərində vətəndaşları qəbul edib
29 Sentyabr 2023 17:24
Yenilənmiş Xidmətlər Zərfinin təqdimat mərasimi keçirilib
28 Sentyabr 2023 17:58
İnformasiya texnologiyaları sahəsində təhsil almış növbəti könüllülər Agentlikdə işə qəbul olunub
25 Sentyabr 2023 11:29
Tvininq layihəsinin aralıq hesabatının təqdimatı keçirilib
14 Sentyabr 2023 17:59
Zaur Əliyev Qazax şəhərində vətəndaşları qəbul edib
18 Avqust 2023 17:43
İcbari tibbi sığortanın Xidmətlər Zərfinə yeni tibbi xidmətlər əlavə edildi
12 Avqust 2023 10:45
Koronavirus pandemiyası ilə mübarizədə iştirak edənlərə 1.5 milyon manata yaxın müddətli əlavə ödənilib
07 Avqust 2023 16:19
Agentliyin “1542” Çağrı mərkəzi 94%-dən çox zəng qəbul edib
02 Avqust 2023 16:00
Bu ilin ilk 6 ayı ərzində əhalinin 34%-i icbari tibbi sığortadan yararlanıb
28 İyul 2023 14:55
İcbari tibbi sığorta ilə bağlı 171 maarifləndirmə tədbiri keçirilib
26 İyul 2023 10:00