27 Avqust 2020 17:21

Britaniya Tibb Jurnalı COVID-19 mövzusunda təlim modullarına ödənişsiz çıxış təmin edir

Britaniya Tibb Jurnalı (BMJ) pandemiya ilə əlaqədar tibb işçilərinə BMJ Best Practice portalında COVID-19 mövzusuna, BMJ Learning portalında isə sözügedən xəstəliklə əlaqəli 60-a yaxın onlayn təlim moduluna ödənişsiz çıxış təmin etmişdir.

 1.     BMJ Best Practice portalında COVID-19 mövzusu

Portalda COVID-19-a dair məlumatlar ÜST-ün təlimatlarına əsasən daim yenilənir. Mövzunun menyusunda müxtəlif bölmələrə daxil olmaqla xəstəliyin etiologiya, epidemiologiya, diaqnostika və müalicəsinə dair ən son məlumatları əldə etmək mümkündür.

Menyunun “Guidelines”/”Клинические руководства” bölməsində ÜST-ün və digər ölkələrin COVID-19-la bağlı təlimatları ilə tanış olmaq olar. Menyunun yuxarı sağ küncündə “View PDF”/”Просмотреть PDF” xanasına klikləməklə mövzu üzrə materialı PDF formatında çap etmək olar.

Aşağıdakı linklərə keçid etməklə mövzularla tanış olmaq olar:

İngilis dilində

Rus dilində

 2.     BMJ Learning portalında COVID-19-a dair 60-a yaxın onlayn modula ödənişsiz çıxış

Modulların mövzuları 4 qrupa bölünmüşdür:

  1. COVID-19-un diaqnostika və müalicəsi
  2.  Praktiki fəaliyyətini pandemiya ilə bağlı bərpa etmiş tibb mütəxəssisləri üçün
  3.  COVID-19-la mübarizəyə qoşulmuş tələbələr üçün
  4.  COVID-19-la mübarizədə ön xətdə çalışan tibb işçilərinə psixoloji dəstək məqsədilə stressin və çətinliklərin aradan qaldırılmasına dair yanaşma və strategiyalar.

 Modullara ödənişsiz qaydada çıxış əldə etmək üçün nə etmək lazımdır?

  1. Göstərilən keçiddən sayta daxil olmaq:
  2. Create a free account” xanasını klikləmək
  3. E-poçt ünvanı/email-i daxil edib və anketi doldurmaq
  4. BMJ resurslarından əvvəllər istifadə etmiş/BMJ-də hesabı olan tibb işçiləri email və  BMJ parolu/şifrəsini daxil etməklə modullara çıxış əldə edə bilərlər.

3.        DTT kreditlərinin qazanılması

  • BMJ Best Practice-də COVID-19 mövzusunu oxuyub 5 DTT kredit qazanmaq olar.
  • BMJ Learing-də bir modul keçdikdə 1 DTT krediti qazanmaq olar. Modulu bitirənlərə isə sertifikat verilir.

ÖDƏNİŞSİZ TƏLİM MODULLARININ SİYAHISI

Qeyd: BMJ Learning-də modulun başlığında "arxivləşdirilmiş" olduğu qeyd olunubsa, bu modullar üzrə sertifikat qazanmaq mümkün deyil. Bu modulları yalnız nəzərdən keçirmək mümkündür.

Britaniya Tibb Jurnalı haqqında qısa məlumat

Britaniya Tibb Jurnalı (British Medical Journal) artıq 170 ildir ki, fəaliyyət göstərir. Hal-hazırda BMJ dünyada geniş auditoriyası olan qlobal bir brend kimi səhiyyə təşkilatları və tibb işçilərinə gündəmdə olan ən kritik səhiyyə problemlərini həll etməkdə kömək edir.

BMJ-nin onlayn resursları: BMJ Best Practice BMJ Learning

BMJ Best Practice klinik qərara dəstək aləti olaraq tibb müəssisələrində sübutlara əsaslanmış və daim yenilənən resurslardan istifadə etmək imkanı yaradır. BMJ Best Practice ən geniş yayılmış və əhəmiyyət kəsb edən 1000-dən artıq  xəstəliyi, 7000-dən artıq  diaqnostika və müalicə üzrə beynəlxalq təlimatı əhatə edir.

BMJ Learning distant təlim kurslarıdır. Bu resursda tədris materialları müxtəlif formatlarda təqdim olunur. İstifadəçilər video materiallara baxa, podkastları dinləyə, mətn və şəkilli resursları oxuya və məlumatlarla müxtəlif yollarla işləyə bilərlər. İlkin bilikləri qiymətləndirmək üçün pretestləri, real xəstəlik hadisələrini və biliklərin artmasını nümayiş etdirmək üçün posttestləri özündə birləşdirən interaktiv tədris kursları saytın ən mükəmməl resurslarından biridir. Post testin nəticələri uğurlu olan istifadəçilər fərdi sertifikatlar əldə edirlər.

Azərbaycanda keçirilən Davamlı Tibbi Təhsil (DDT) proseslərinə dəstək olmaq məqsədi ilə BMJ-nin hər iki onlayn resursu 2017-ci ilin noyabr ayında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən akkreditasiya edilmişdir və 2016-2019-cu illər ərzində  Klinik Qərara Dəstək Təlim Təşəbbüsü Layihəsi çərçivəsində 2600 nəfərə yaxın həkimə BMJ Best Practice və BMJ Learning-ə ödənişsiz çıxış verilmişdir. Həkimlərin BMJ Best Practice-dən ildə 5 DTT krediti, BMJ Learning-dən isə 12 DTT krediti qazanmaq imkanı var. Yuxarıda göstərilən müddət ərzində 500-ə yaxın mövzu Azərbaycan dilinə, 600-ə qədər mövzu isə rus dilinə tərcümə olunaraq saytda yerləşdirilmiş və daim yenilənmişdir. Layihə 2019-cu ilin dekabr ayında sona yetmişdir,  hazırda yalnız COVID-19-la bağlı mövzulara ödənişsiz çıxış təmin edilir.

 

Zəng sifariş et