25 Mart 2020 17:57
Daha bir sosial layihə - tibb müəssisələrinə dəstək göstəriləcək
Ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizəyə dəstək çərçivəsində daha bir sosial addım atılıb. Belə ki, İqtisadiyyat və Təhsil nazirlikləri, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və “Azərmaş” ASC birgə əməkdaşlıq çərçivəsində ölkə daxilindəki tibb müəssisələrinə dəstək aksiyasına başlayıblar.
Sosial aksiya çərçivəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin həyata keçirilməsində köməklik göstəriləcək.
Belə ki, ölkə daxilindəki səhiyyə müəssisələrinə tibbi ləvazimatların və materialların vaxtında çatdırılması, habelə koronavirusla mübarizə sahəsində fəaliyyət göstərənlərə dəstək məqsədilə “Azərmaş” ASC tərəfindən 100 avtomobil və sürücü ayrılıb.
Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının könüllüləri də sosial layihəyə zəruri dəstək göstərəcəklər. Könüllülər tibbi ləvazimatların və materialların çatdırılmasına, habelə əsas tibbi heyətə yardımçı işlərdə köməklik edəcəklər.
Sürücülər və könüllülər zəruri qoruyucu vasitələrlə təmin olunacaqlar.
Xəbərlər
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 İyul 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 İyul 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 İyul 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 İyul 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla bərpa olunur
01 İyul 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 İyun 2024 10:51
İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
24 İyun 2024 14:52
Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib
21 İyun 2024 17:00
İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21 İyun 2024 10:57
Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı
14 İyun 2024 14:49