23 İyun 2023 11:32
Din xadimləri əhalinin icbari tibbi sığorta barədə maarifləndirilməsində iştirak edəcək
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı və müvafiq yerli icra hakimiyyəti orqanlarının dəstəyi ilə dini icma üzvləri və din xadimləri üçün icbari tibbi sığorta barədə maarifləndirmə tədbirləri keçirilib.
Məqsəd din xadimləri vasitəsi ilə daha geniş əhali kütləsini səhiyyə sistemindəki yeni islahat olan icbari tibbi sığortanın tətbiqi, sığortaolunanların tibbi xidmətlərdən istifadə hüququ barədə məlumatlandırmağa nail olmaqdır.
Tədbirlərdə ümumilikdə 100 nəfərdən çox şəxs iştirak edib. Təlim iştirakçıları Sabunçu, Xəzər, Pirallahı, Nəsimi, Binəqədi, Qaradağ, Səbail, Yasamal və Nərimanov rayonlarından olan din xadimləri – axund, imam və dini icmaların üzvləri olub.
Açılış nitqi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri Amal Məlikov və Nuru İmanov çıxış edərək icbari tibbi sığorta sisteminin əhali üçün faydalarından danışıblar. Dini icma üzvlərini sistemin üstünlüyü barədə məlumatlı olmağa və əhalinin bu sahədə maarifləndirilməsində yaxından iştirak etməyə çağırıblar.
Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova tərəfindən iştirakçılara icbari tibbi sığorta sistemi, icbari tibbi sığorta haqları, Xidmətlər Zərfi ilə təminat verilən tibbi xidmətlər haqqında ətraflı məlumat verilib.
Bununla yanaşı, iştirakçılarla icbari tibbi sığorta sistemi barədə fikir mübadiləsi aparılıb və əhalinin maarifləndirilməsi yolları barədə qarşılıqlı müzakirələr aparılıb. Görüşlər zamanı əhalinin məlumatlılığının artırılması məqsədilə icbari tibbi sığorta ilə bağlı maarifləndirici çap məhsullarının məscidlərdə yerləşdirilməsi məsələsinə də toxunulub. Təlimlər sual-cavab sessiyası ilə yekunlaşıb.
Görüşlər zamanı təlim iştirakçılarının icbari tibbi sığortanın tətbiqi ilə bağlı müraciətləri dinlənilib və onların həlli istiqamətində müvafiq tədbirlər görülüb.
Qeyd edək ki, növbəti təlimlər Suraxanı, Xətai və Nizami rayonlarında keçiriləcək.
Əhalinin icbari tibbi sığorta ilə bağlı maarifləndirilməsində Agentliyə göstərdikləri dəstəyə görə Nərimanov, Yasamal, Nizami Rayon İcra Hakimiyyətlərinə və “Heydər Cümə” məscidinə təşəkkürümüzü bildiririk.
Xəbərlər
Öd kisəsinin xaric edilməsi icbari tibbi sığorta ilə ödənişsizdir
08 Dekabr 2023 11:15
Zaur Əliyev Qubada vətəndaşları qəbul edib
23 Noyabr 2023 16:45
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi media nümayəndələri üçün təlim keçirib
22 Noyabr 2023 16:00
Xəstəxanaların idarəedilməsi sahəsində 60 nəfər rəhbər heyət Türkiyə təcrübəsini öyrənir
14 Noyabr 2023 16:50
“Medinex” və “Beauty Azerbaijan” sərgilərinin açılış mərasimi keçirildi
02 Noyabr 2023 14:00
Süd vəzi müayinəsi icbari tibbi sığorta təminatına daxildir
31 Oktyabr 2023 09:10
İcbari tibbi sığorta ilə LOR əməliyyatları icra olunur
30 Oktyabr 2023 15:00
Zaur Əliyev Lənkəranda vətəndaşları qəbul edib
27 Oktyabr 2023 15:37
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatı
26 Oktyabr 2023 12:08
Xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün tibbi aksiyalar keçirilib
20 Oktyabr 2023 12:30