19 May 2022 14:13
Dünya Bankının nümayəndələri ilə Agentlikdə görüş keçirilib
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev Azərbaycanda səfərdə olan Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə səhiyyə, qidalanma və əhali sahəsində Praktikasının Meneceri Tania Dmitraçenko ilə görüşüb.
Görüşdə “Elektron Səhiyyə və Tibbi İddiaların İdarə edilməsi Sisteminin İnkişafı” üzrə texniki yardım layihəsi çərçivəsində Dünya Bankının dəstəyi ilə ötən ildən səhiyyənin rəqəmsallaşması və tibbi iddiaların idarə edilməsi sisteminin gücləndirilməsinə yönəlmiş layihə haqqında fikir mübadiləsi aparılıb. Bildirilib ki, beynəlxalq mütəxəssislər icbari tibbi sığorta çərçivəsində əhaliyə göstərilən tibbi xidmətlərin dəyərinin tibb müəssisələrinə ödənilməsi mexanizmini və tibbi iddiaların idarə edilməsi sistemini təhlil edirlər. Səfər müddətində qonaqlar tibb təchizatçılarına ödənişlərin həyata keçirilməsi mexanizminin mövcud vəziyyəti ilə əyani tanış olmaq üçün tibb müəssisələrinə baş çəkəcəklər.
Nümayəndə heyəti həmçinin elektron səhiyyə sisteminin gücləndirilməsi məqsədi ilə Səhiyyə Nazirliyi, TƏBİB və digər maraqlı tərəflərlə görüşlər keçirəcək. Layihənin sonunda Dünya Bankının Azərbaycanının 2022-2026-cı illəri əhatə edən Səhiyyə ilə bağlı Milli İnformasiya Strategiyasının layihəsi və tibbi iddiaların idarə edilməsi sisteminin inkişafı ilə bağlı texniki tövsiyələri müvafiq qurumlara təqdim olunacaq.
Xəbərlər
Zaur Əliyev Balakən rayonunda vətəndaşları qəbul edib
24 İyun 2022 17:40
May ayında icbari tibbi sığorta çərçivəsində 3,5 milyondan çox tibbi xidmət göstərilib
17 İyun 2022 14:30
Tibb ictimaiyyətinin nümayəndələri ulu öndər Heydər Əliyevin və Vətən müharibəsində şəhid olmuş həkimlərimizin məzarlarını ziyarət ediblər
17 İyun 2022 10:11
Uşaqlarda kistoz fibroz xəstəliyinin aşkarlanması üçün müayinələr aparılır
14 İyun 2022 14:27
Ankarada dövlət tibb müəssisələrinin rəhbər heyəti üçün keçirilən təlim başa çatıb
10 İyun 2022 18:00
İrsi xəstəliklərin erkən diaqnostikası məqsədilə ölkədə ilk dəfə neonatal skrininq müayinələr keçirilir
10 İyun 2022 11:35
Azərbaycanın 15 dövlət tibb müəssisəsinin rəhbər heyəti Ankara Universitetinin təlimində iştirak edir
08 İyun 2022 14:30
Hepatit B və C viruslarına yoluxmuş şəxslərə ödənişsiz dərman preparatları verilir
06 İyun 2022 10:00
Xarici ölkədə təhsil almış həkimlər Bakı və Sumqayıt şəhərlərindəki dövlət tibb müəssisələrində işə cəlb olunur
02 İyun 2022 10:34
İxtisaslı həkimlərin əməkhaqları artırılır
01 İyun 2022 10:56