17 Sentyabr 2019 11:49
Azərbaycan və İsrail arasında səhiyyə işinin təşkili və icbari tibbi sığortanın tətbiqi sahəsində təcrübə mübadiləsi aparılıb
16 sentyabr 2019-cu ildə İsrailin Qüds şəhərinin Hadassah Tibb Təşkilatının direktoru Prof. Zeev Rotsteinin dəvətilə Heydər Əliyev Fondunun Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Soltan Məmmədov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov vəTalassemiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov İsrailə səfər ediblər. Səfərin məqsədi iki ölkə arasında səhiyyə işinin təşkili və icbari tibbi sığortanın tətbiqi sahəsində təcrübə mübadiləsi aparmaq olub.
Səfər çərçivəsində nümayəndə heyəti Hadassah Universitetinin Ein Kerem Xəstəxanasında olublar. Ein Kerem Hadassah Universitet Xəstəxanasının direktoru tərəfindən tibb müəssisəsinin fəaliyyəti haqqında qonaqlara ümumi məlumat verilib. Çıxışın davamı olaraq hematologiya, sümük iliyi transplantasiyası və immunterapiyası, talassemiya, anesteziologiya, reanimasiya, ürək xəstəlikləri departamenti və şöbələrinin professorları ixtisasları üzrə ən son yeniliklər və təcrübələr haqqında məruzə ediblər. İnteraktiv şəkildə davam edən görüşlərdən sonra ölkəmizin nümayəndə heyəti Hadassah Tibb Mərkəzinin onkologiya, hematologiya, kardiologiya, sümük iliyi transplantasiyası və immunterapiyası şöbələri və əməliyyat bloku ilə də əyani tanış olub və ixtisaslı professorlarla fikir mübadiləsi aparıblar.
Sonda Kupat Cholim Chalit (İsraildə tibbi xidmətlərin göstərilməsində ixtisaslaşmış ən iri təşkilatlardan biri) nümayəndələri ilə qarşılıqlı şəkildə icbari tibbi sığorta sistemi haqqında müzakirələr aparılıb. Agentliyin nümayəndəsi Şükür Eyvazov öz növbəsində 1 yanvar 2020-ci ildən etibarən ölkə üzrə icbari tibbi sığortanın tətbiqi, Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarında pilot layihə çərçivəsində həyata keçirilən icbari tibbi sığortanın müsbət nəticələri haqqında geniş məlumat verilib.
Xəbərlər
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 İyul 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 İyul 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 İyul 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 İyul 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla bərpa olunur
01 İyul 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 İyun 2024 10:51
İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
24 İyun 2024 14:52
Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib
21 İyun 2024 17:00
İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21 İyun 2024 10:57
Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı
14 İyun 2024 14:49