14 Sentyabr 2018 16:51
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Mərkəzi Klinika ilə əməkdaşlıq memorandumu imzalayıb
14 sentyabr 2018-ci il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Mərkəzi Klinika arasında tibb sahəsində əməkdaşlıq münasibətlərinin qurulması və genişləndirilməsinə dair əməkdaşlıq memorandumunun imzalanma mərasimi keçirilib. Memorandumu Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev və Mərkəzi Klinikanın baş direktoru İxtiyar Sultanov imzalayıblar.
Tədbirdə çıxış edən Agentliyin İdarə Heyətinin sədri bildirib ki, qarşılıqlı əməkdaşlıq tibb müəssisələrinin səmərəli fəaliyyətinin təşkilinə, ayrı-ayrı ixtisaslar üzrə tibbi xidmətlərin müasir tələblərə uyğun qurulmasına, göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılmasına, tibb personalının bilik, bacarıq və praktik təcrübəsinin təkmilləşdirilməsinə, innovativ müalicə üsulları və tibbi texnologiyaların tətbiqinə dair maarifləndirməyə və dolayısı ilə əhalinin məmnunluq səviyyəsinin yüksəldilməsinə, eləcə də müxtəlif sahələrdə yerli və beynəlxalq mütəxəssislərin iştirakı ilə seminar, konfrans və təlimlərin təşkili işlərinin aparılmasına öz töhfəsini verəcək.
Mərkəzi Klinikanın baş direktoru öz növbəsində Agentlik ilə əməkdaşlığın səmərəli nəticə verəcəyinə əminliyini ifadə edib.
Tərəflər arasında imzalanan memoranduma tibb sahəsində müasir müalicə və müayinə üsulları barədə seminarların və tibbi xidmətlərin təşkili üzrə təlimlərin keçirilməsi, Mərkəzi Klinikanın və pilot layihə müddətində Agentliyin tabeliyinə verilmiş tibb müəssisələrinin mütəxəssislərinin birgə iştirakı ilə yüksək texnologiya tələb edən tibbi müdaxilələrin həyata keçirilməsi kimi məsələlər daxil edilib.
Xəbərlər
Təxliyə zamanı həyati təhlükəsi olanlara təcili tibbi yardım göstərməyə imkan verən yeni ambulanslar alınıb
18 Mart 2024 12:40
Qlaukomanın müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
12 Mart 2024 12:23
İcbari tibbi sığorta üzrə xidmətlərin göstərildiyi Liv Bona Dea Hospitalına media-tur təşkil edilib
06 Mart 2024 17:00
Vətəndaşlara özəl tibb müəssisələrini elektron qaydada seçmək imkanı verilib
05 Mart 2024 15:55
Zaur Əliyev Abşeron rayonunda vətəndaşları qəbul edib
23 Fevral 2024 17:00
İcbari tibbi sığorta ilə eşitmə qabiliyyətinin bərpası üçün 317 nəfər əməliyyat olunub
23 Fevral 2024 14:57
“1542” Çağrı mərkəzinə daxil olan zənglərin 93%-dən çoxu cavablandırılıb
22 Fevral 2024 14:34
Böyrək daşlarının kəsiksiz xaric edilməsi icbari tibbi sığortaya daxildir
20 Fevral 2024 10:45
Agentlik Kommunikasiya Strategiyasını uğurla icra edib
14 Fevral 2024 14:44
Ötən il ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 11 771 vətəndaş müraciəti daxil olub
09 Fevral 2024 11:17