15 İyul 2019 14:25
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Anlaşma Memorandumu imzalayıb
15 iyul 2019-cu il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib. Memorandumu Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev və İSİM-in direktoru Qəhrəman Haqverdiyev imzalayıblar.
Agentliyin İdarə Heyətinin sədri bildirib ki, memorandum iki qurum arasında əməkdaşlığın çərçivəsini müəyyən edir: “Memorandumda nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə uğurlu nəticə əldə etmək məqsədilə Agentlik ilə İSİM arasında təcrübə və məlumatları paylaşmaq, gələcək əməkdaşlıq üçün potensial sahələri müəyyənləşdirmək, tədbir və ya digər spesifik fəaliyyətləri birgə təşkil etmək planlaşdırılıb”.
İSİM-in direktoru bu əməkdaşlığın ölkədə aparılan səhiyyə islahatlarına və icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək göstərəcəyini vurğulayıb.
Tərəflər arasında imzalanan memorandum 2020-ci ildən etibarən icbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərəcək tibb müəssisələrində istifadə ediləcək tibbi qayda, təlimat və standart əməliyyat prosedurlarının hazırlanması ilə bağlı Səhiyyə Nazirliyi ilə birgə fəaliyyəti nəzərdə tutur. Sənədlərin hazırlanmasında müvafiq sahələr üzrə aidiyyəti mütəxəssislərin iştirakları planlaşdırılıb.
Xəbərlər
Böyrəyin çıxarılması əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır
19 Aprel 2024 09:45
Katarakta əməliyyatı zamanı Amerika istehsalı olan linzalar icbari tibbi sığorta ilə qarşılanır
16 Aprel 2024 10:30
Agentlik tərəfindən 101 tibb müəssisəsi monitorinqlərə cəlb edilib
05 Aprel 2024 17:53
İcbari tibbi sığorta ilə transfuzioloji yardım təkmilləşdirilir
01 Aprel 2024 11:56
Zaur Əliyev Kürdəmir rayonunda vətəndaşları qəbul edib
29 Mart 2024 15:00
Təxliyə zamanı həyati təhlükəsi olanlara təcili tibbi yardım göstərməyə imkan verən yeni ambulanslar alınıb
18 Mart 2024 12:40
Qlaukomanın müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
12 Mart 2024 12:23
İcbari tibbi sığorta üzrə xidmətlərin göstərildiyi Liv Bona Dea Hospitalına media-tur təşkil edilib
06 Mart 2024 17:00
Vətəndaşlara özəl tibb müəssisələrini elektron qaydada seçmək imkanı verilib
05 Mart 2024 15:55
Zaur Əliyev Abşeron rayonunda vətəndaşları qəbul edib
23 Fevral 2024 17:00