Yerləşdirilmə tarixi: 18.02.2019
Son müraciət tarixi: 15.03.2019
Hüquqi aktların və müqavilələrin ekspertizası şöbəsinə mütəxəssis axtarılır
İşəgötürən: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Vəzifə: Mütəxəssis
Departament: Hüquq
Şöbə: Hüquqi aktların və müqavilələrin ekspertizası şöbəsi
Vəzifə öhdəlikləri:
- Qanunvericilik aktlarının, təşkilati-sərəncamverici və digər normativ sənədlərin, habelə qeyri-normativ aktların layihələrini hazırlamaq və ya hazırlanmasında iştirak etmək;
- Vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərin və sorğuların qanunvericiliyə uyğun olaraq baxılmasını və müvafiq tədbirlərin görülməsini təmin etmək, şəxslərin qəbul edilməsini təşkil etmək;
- Azərbaycan Respublikasının məhkəmələrində məhkəmə prosesləri ilə əlaqədar prosessual sənədlərin (iddia ərizələrinin, iddia ərizələrinə dair etirazların, apellyasiya, kassasiya və əlavə kassasiya şikayətlərinin və s.) hazırlanmasını təmin etmək;
- Qurumun digər struktur bölmələrinə hüquqi yardım göstərmək, arayışlar, rəylər və qanunvericiliyin tələblərinə əməl olunması istiqamətində hüquqi məsləhətlər vermək, struktur bölmələr tərəfindən hazırlanmış normativ sənədlərin qanunvericiliyə uyğunluğuna dair rəylər vermək;
- Departament rəhbərinin tapşırığına uyğun olaraq digər vəzifələri yerinə yetirmək.
Vəzifə üçün tələblər:
- Ali hüquqi təhsil (magistratura dərəcəsi arzuolunandır);
- Azərbaycan dilində səlis yazmaq və danışmaq;
- Rus və ya ingilis dilində səlis yazmaq və danışmaq;
- Microsoft Ofis proqramlarında işləmək bacarığı;
- Məsuliyyət, dürüstlük, dəqiqlik və etibarlılıq;
- Məxfilik, təhlil etmə, ünsiyyət bacarığı, vaxtın idarə edilməsi, komandada işləyə bilmə bacarıqlarının olması;
- Hüquq sahəsində 3 il iş təcrübəsi .
Maraqlanan namizədlər CV-lərini 15 mart 2019-cu il tarixinədək hr@its.gov.az e-mail ünvanına göndərə bilərlər.
Müraciət olunan vəzifənin adı qeyd edilməlidir.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır
Vakansiyalar
Agentlik İnsan resursları mütəxəssisi vakansiyasını elan edir
09 İyun 2023 10:57
Agentlik Strategiya və layihələrin idarəolunması şöbəsinə məsləhətçi vakansiyasını elan edir
17 May 2023 17:43
Agentlik Strategiya və layihələrin idarəolunması şöbəsinin müdiri vakansiyasını elan edir
17 May 2023 17:41
Agentlik Tibbi yardımın maya dəyərinin hesablanması xidmətinin rəhbəri vakansiyasını elan edir
17 May 2023 16:59
Agentlik Risklərin idarəolunması və aktuari şöbəsinə vakansiya elan edir
16 May 2023 14:29
Agentlik Analitika və statistika şöbəsinə vakansiya elan edir
16 May 2023 14:19
Agentlik Tibbi yardımın maya dəyərinin hesablanması xidmətinin rəhbəri vakansiyasını elan edir
19 Aprel 2023 10:59
Agentlik Çağrı mərkəzinə həkim-mütəxəssis vakansiyası elan edir
19 Aprel 2023 09:53
Agentlik Şəmkir filialının müdiri vəzifəsi üzrə vakansiya elan edir
11 Aprel 2023 11:51
Agentlik Çağrı mərkəzinə vakansiya elan edir
10 Aprel 2023 17:47