14 Noyabr 2019 12:02
İcbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərəcək klinik diaqnostik laboratoriyalarda beynəlxalq standartlar tətbiq ediləcək
“Tibb müəssisələrində laboratoriyaların standartlaşdırılması” üzrə işçi qrupunun məqsədi ölkəmizdəki klinik diaqnostik laboratoriyaların müasir standartlar əsasında fəaliyyət göstərməsini təmin etmək və xidmətlərin keyfiyyətinin yüksəldilməsinə nəzarət mexanizmini gücləndirməkdir. Layihə çərçivəsində tibb müəssisələrindəki laboratoriyaların səviyyələrə bölünməsi, səviyyələr üzrə göstəriləcək laboratoriya xidmətlərinin siyahısı və kodlarının hazırlanması, eyni zamanda kadr potensialının qiymətləndirilməsi nəzərdə tutulub.
Layihə müddətində həmçinin işçi qrupu tərəfindən tibb müəssisələrinin laboratoriyalarında çalışan həkim və orta tibb işçiləri üçün təlim keçirilir. Bir ay ərzində davam edəcək təlimdə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Şəki və Lənkəran şəhərlərinin, o cümlədən Şamaxı, Göyçay, Quba, Cəlilabad və Ağcabədi rayonlarının tibb heyəti iştirak edir. Təlim nəzəri və praktik olmaqla iki hissədən ibarətdir. Nəzəri hissə Talassemiya Mərkəzində, praktik hissə isə sözügedən Mərkəzlə yanaşı, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında və həmin universitetin Onkoloji Klinikasında keçirilir.
Agentliyin Tibbi xidmətlərin strateji satınalma şöbəsinin müdiri, işçi qrupun rəhbəri Firəngiz Əliyeva təlimin açılışında bildirib ki, ölkəmizdə beynəlxalq standartlara cavab verən laboratoriyaların olması üçün vahid məlumat bazasının yaradılması, nəticədə laborator xidmətlər üzrə statistik məlumatların toplanılması və düzgün müalicə üsullarının tətbiqi zəruridir.
İctimai Birliyin İdarə Heyəti sədrinin müavini, işçi qrupun üzvü Ramin Bayramlı tibb heyətinə laborator test nəticələrinin düzgünlüyü üçün avadanlıqlardan istifadə mexanizmləri və prosesə nəzarət qaydaları barədə məlumat verib.
Qeyd edək ki, təlim müddətində iştirakçılara laborator diaqnostikada informasiya texnologiyalarının tətbiqinə dair vərdişlər öyrədilir.
Təlimin ilk günündə iştirakçılara müasir elmi kitablar və tədris materialları təqdim olunub.
Layihənin növbəti mərhələlərində təlimə respublikanın digər regionlarının tibb müəssisələrinin laboratoriyalarında çalışan tibb heyəti də dəvət ediləcək.
Təlimdə iştirakçılara sertifikat veriləcək.
Xəbərlər
İlkin səhiyyə xidməti təkmilləşdirilir
24 Aprel 2024 10:15
Zaur Əliyev Daşkəsən rayonunda vətəndaşları qəbul edib
22 Aprel 2024 10:52
Böyrəyin çıxarılması əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır
19 Aprel 2024 09:45
Katarakta əməliyyatı zamanı Amerika istehsalı olan linzalar icbari tibbi sığorta ilə qarşılanır
16 Aprel 2024 10:30
Agentlik tərəfindən 101 tibb müəssisəsi monitorinqlərə cəlb edilib
05 Aprel 2024 17:53
İcbari tibbi sığorta ilə transfuzioloji yardım təkmilləşdirilir
01 Aprel 2024 11:56
Zaur Əliyev Kürdəmir rayonunda vətəndaşları qəbul edib
29 Mart 2024 15:00
Təxliyə zamanı həyati təhlükəsi olanlara təcili tibbi yardım göstərməyə imkan verən yeni ambulanslar alınıb
18 Mart 2024 12:40
Qlaukomanın müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
12 Mart 2024 12:23
İcbari tibbi sığorta üzrə xidmətlərin göstərildiyi Liv Bona Dea Hospitalına media-tur təşkil edilib
06 Mart 2024 17:00