05 Avqust 2019 10:01

İcbari tibbi sığorta ilə bağlı ödənilən sığorta haqlarına dair hesabat forması və onun təqdim edilməsi Qaydası təsdiq edilib

Maliyyə Bazarlarına Nəzarət Palatası “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığortaçı tərəfindən icbari tibbi sığorta ilə bağlı ödənilən sığorta haqlarına dair hesabat forması və onun təqdim edilməsi Qaydası”nı təsdiq edib.

Bu Qayda “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15-11.18-ci maddəsinə əsasən hazırlanmışdır və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunda nəzərdə tutulmuş sığortaçı tərəfindən icbari tibbi sığorta üzrə ödənilən sığorta haqları barədə hesabatın forması və onun təqdim edilməsi qaydasını müəyyən edir.

Qaydaya əsasən sığorta haqqı sığortaçılar tərəfindən aylıq olaraq hesablanmalı və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq icbari tibbi sığorta fonduna ödənilməlidir. Sığortaçı hesabatı rüblük əsasda, müvafiq rüb başa çatdıqdan 20 gün müddətində kağız və elektron daşıyıcılarda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə təqdim etməlidir.

Bu Qayda 2020-ci ilin yanvarın 1-dən qüvvəyə minir.

Zəng sifariş et