Yerləşdirilmə tarixi: 06.11.2019
Son müraciət tarixi: 06.12.2019
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Çağrı mərkəzinin şöbə müdiri vəzifəsinə vakansiya elan edir
İşəgötürən: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Vəzifə: Şöbə müdiri
Şöbə: Çağrı mərkəzi
Vəzifə öhdəlikləri:
• Agentliyin əsas fəaliyyəti ilə əlaqədar müraciətlərin qəbulu və onların vaxtında və hərtərəfli cavablandırılması məqsədilə çağrı mərkəzi sisteminin təşkil edilməsi və ona rəhbərlik edilməsi;
• Vətəndaşlardan daxil olan suallarla bağlı mütəmadi təhlillərin aparılması, aidiyyəti struktur bölmələrdən tələb olunan məlumatların toplanması, fəaliyyət sahəsi üzrə vətəndaşlara yüksək səviyyədə xidmətin göstərilməsinin təmin edilməsi;
• Telefon müraciət xidmətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 1 sentyabr tarixli 339 nömrəli qərarı ilə təsdiq edilmiş “Telefon müraciət xidməti vasitəsilə şifahi müraciətlərin edilməsi, qəbulu, qeydiyyatı və cavablandırılması Qaydası”na uyğun olaraq təşkil edilməsi;
• Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 25 fevral tarixli 50 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları”na uyğun olaraq Agentliyin çağrı mərkəzi (qaynar xətt, etimad xətti) vasitəsilə edilən şifahi müraciətlərin qəbulu, qeydiyyata alınması və cavablandırılmasının həyata keçirilməsinə nəzarət;
• Çağrı mərkəzinin operatorlarının fəaliyyətinin təşkili, effektiv iş bölgüsünün aparılması və işçilərin təlimləndirilməsi;
• Şöbədə əməkdaşların fəaliyyətinə və verilmiş tapşırıqların icrasına nəzarət edilməsi;
• Şöbənin fəaliyyət istiqamətinə uyğun təhlillərin aparılması, hesabatların hazırlanması və İdarə Heyətinə təqdim edilməsi işinin təşkil edilməsi;
• İdarə Heyətinin qərar, əmr və göstərişlərinin vaxtında və düzgün icra edilməsinə, şöbənin əməkdaşlarının daxili icra və əmək intizamı qaydalarına riayət etməsinə nəzarət edilməsi;
• Fəaliyyəti üzrə ezamiyyə səfərlərinin həyata keçirilməsi;
• Agentliyin daxili intizam və etik davranış qaydalarına riayət edilməsi.
Vəzifə üçün tələblər:
• Ali tibb təhsilli;
• Azərbaycan dilində səlis, ingilis və rus dilləri üzrə orta səviyyədə danışıq və yazı bacarığı;
• Microsoft Ofis proqramlarından sərbəst istifadə bacarığı;
• Komanda daxilində işləmək bacarığı;
• Sıx iş qrafikində işləmək bacarığı;
• Tibb sahəsində rəhbər vəzifələrdə ən azı 3 il iş stajı.
Maraqlanan namizədlər CV-lərini 6 dekabr 2019-cu il tarixinədək hr@its.gov.az e-mail ünvanına göndərə bilərlər.
Müraciət olunan vəzifənin adı qeyd edilməlidir.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
Agentlik İT analitiklər şöbəsinə vakansiya elan edir
13 Mart 2023 09:54
Agentlik Marketinq və ictimaiyyətlə əlaqələr departamentinə vakansiya elan edir
07 Mart 2023 16:03
Agentlik İT proseslərin idarəedilməsi şöbəsinə vakansiya elan edir
07 Mart 2023 11:34
Agentlik Tibbi ekspertiza şöbəsinə vakansiya elan edir
03 Mart 2023 10:16
Agentlik İT layihələri şöbəsinə vakansiya elan edir
20 Fevral 2023 15:56
Agentlik İşçi bağlılığı və daxili kommunikasiya üzrə məsləhətçi/baş məsləhətçi vakansiyasını elan edir
20 Fevral 2023 15:53
Agentlik Göndərişlər şöbəsinə vakansiya elan edir
15 Fevral 2023 16:22
Agentlik Tibbi ekspertiza şöbəsinə vakansiya elan edir
30 Yanvar 2023 12:55
Agentlik Proqramlaşdırma şöbəsinə Back-End Developer istiqaməti üzrə məsləhətçi/baş məsləhətçi vakansiyası elan edir
27 Yanvar 2023 15:39
Agentlik Strateji təhlil departamentinin rəhbəri vəzifəsi üzrə vakansiya elan edir
23 Yanvar 2023 17:57