Yerləşdirilmə tarixi: 20.03.2020
Son müraciət tarixi: 21.04.2020

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Göndərişlər şöbəsinə mütəxəssis vəzifəsinə vakansiya elan edir

İşəgötürən: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

Vəzifə: Mütəxəssis 
Şöbə: Göndərişlər şöbəsi


Vəzifə öhdəlikləri:

•    Dövlət xəstəxanalarında icra olunması mümkün olmayan xidmətlərin özəl sektora aid tibb müəssisələrinə yönləndirilməsinin zəruriliyinin araşdırılması, dövlət tibb müəssisəsində həyata keçirilə biləcək xidmətlərin şöbə və departament rəhbərliyi ilə birgə müəyyən edilməsi;
•    Təcili və planlı göndərişlərin verilməsi ilə bağlı işlərin icra edilməsi;
•    Xəstələrin müvafiq özəl müəssisələrə transfer olunmasına nəzarət edilməsi;
•    Özəl sektora aid tibb müəssisələrinə yönəldilmiş göndərişlərin əsaslı olması ilə bağlı təhlil işlərinin aparılması;
•    Əsassız yönləndirilmiş göndərişlərlə bağlı hesabatların hazırlanması və agentliyini müvafiq şöbələrinə göndərilməsi;
•    Fəaliyyəti üzrə ezamiyyə səfərlərinin həyata keçirilməsi;
•    Agentliyin daxili intizam və etik davranış qaydalarına riayət edilməsi.


    Vəzifə üçün tələblər:

•    Ali tibbi təhsil;
•    3 ildən az olmayaraq ümumi əmək stajı;
•    Səhiyyə sahəsində mövcud qanunvericilik üzrə biliklər;
•    Yüksək ünsiyyət, təşkilatçılıq, komandada işləmə bacarığı;
•    Vətəndaşlarla ünsiyyət qurmaq bacarığı;
•    Ofis proqramları üzrə biliklər.


Maraqlanan namizədlər CV-lərini 21 aprel 2020-ci il tarixinədək hr@its.gov.az  e-mail ünvanına göndərə bilərlər.

Müraciət olunan  vəzifənin adı qeyd edilməlidir.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Rəqabətədavamlı əmək haqqı
.

 

Zəng sifariş et