Yerləşdirilmə tarixi: 17.09.2020
Son müraciət tarixi: 01.10.2020

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Hüquq şöbəsinin müdiri vəzifəsinə vakant yer elan edir

İşəgötürən: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

Vəzifə: Şöbə müdiri

Departament: Hüquq

 Vəzifə üçün tələblər:

  • Ali hüquqi təhsil (magistratura dərəcəsi arzuolunandır);
  • Azərbaycan dilində səlis yazmaq və danışmaq;
  • Rus və ya ingilis dili arzuolunandır;
  • Microsoft Ofis proqramlarında işləmək bacarığı;
  • Səhiyyə sahəsində mövcud qanunvericilik üzrə biliklər (tibb sahəsi üzrə ixtisaslaşma arzuolunandır);
  • Tibb müəssisələrinin fəaliyyət istiqamətlərini müəyyən edən əsas normativ hüquqi aktları, o cümlədən icbari tibbi sığorta sahəsi üzrə dövlət siyasətini və qanunvericiliyin ümumi əsaslarını bilmək;
  • Satınalma, təchizat, müqavilə proseslərindən xəbərdar olmaq;
  • Məsuliyyət, dürüstlük, dəqiqlik və etibarlılıq;
  • İdarəetmə, analitik, yüksək ünsiyyət, təşkilatçılıq, komandada işləmə bacarıqları;
  • Məxfilik, təhlil etmə və ünsiyyət bacarığı, vaxtın idarə edilməsi;
  • Hüquq sahəsində 7 il iş təcrübəsi.

 Vəzifə öhdəlikləri:

  • Şöbənin işinin təşkili və ona nəzarətin həyata keçirilməsi;
  • Səhiyyə sisteminin fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının təhlili;
  • Pasiyentlərin və tibb işçilərinin hüquqlarının qorunması və sosial müdafiəsi üzrə hüquqi dəstəyin göstərilməsi; 
  • Tibbi sənədlərin hüquqi ekspertizası;
  • Agentliyin təşəbbüsü ilə təqdim edilən qanun, fərman və qərar layihələrinin, digər normativ sənədlərin hazırlanması və onlara dair rəy və təkliflərin hazırlanması ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsində iştirak;
  • Agentliyə daxil olan və Agentliyin struktur bölmələri tərəfindən hazırlanmış normativ hüquqi aktların və digər qanunvericilik sənədlərinin, beynəlxalq müqavilələrin, təşkilati-sərəncam verici sənədlərin layihələrinin hüquqi ekspertizasının həyata keçirilməsi;
  • Agentlikdə normativ hüquqi aktlarla təminatın yaxşılaşdırılması üzrə müvafiq tədbirlərin həyata keçirilməsi;
  • Şöbənin icraatında olan işlərə qanunvericiliyin tələbinə uyğun şəkildə baxılması, rəy verilməsi və icrası ilə əlaqədar müvafiq sənədlərin layihələrinin hazırlanmasının təmin edilməsi;
  • Azərbaycan Respublikasının qanunvericilik bazasının təhlil edilməsi;
  • Azərbaycan qanunvericiliyini Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə və konvensiyalar kontekstində effektiv şərh və tətbiq edilməsi;
  • Agentliyin daxili normativ sənədlərinin hazırlanması və təsdiq edilməsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsində iştirak;
  • Qanunvericiliyin tələblərinin pozulması halları aşkar edildikdə, bu halların araşdırılması;
  • Agentliyin fəaliyyəti ilə bağlı əmr və sərəncam layihələrinin hazırlanması;
  • Agentliyin fəaliyyəti prosesində qarşıya çıxan məsələlərə dair hüquqi məsləhətlərin verilməsi, arayış və rəylərin hazırlanması;
  • Hüquqi məsələlərlə bağlı məhkəmələrdə, digər dövlət orqanlarında, fiziki və hüquqi şəxslərlə münasibətlərdə Agentliyin təmsil edilməsi, onun qanuni maraqlarının müdafiə edilməsi;
  • Agentliyin fəaliyyəti ilə bağlı müqavilələrin tərtib edilməsi, o cümlədən təqdim edilmiş müqavilələrin hüquqi ekspertizasının həyata keçirilməsi;
  • Müqavilə sənədlərinin və digər sənədlərin icrası ilə əlaqədar digər struktur bölmələrin əməkdaşlarına hüquqi məsləhət verilməsi;
  • Mövcud qanunvericiliyin tələbləri və mümkün hüquqi risklər baxımından sənədlərə hüquqi nəzarətin həyata keçirilməsi;
  • Departament rəhbəri tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

Maraqlanan namizədlər CV-lərini 01 oktyabr 2020-ci il tarixinədək hr@its.gov.az e-mail ünvanına göndərə bilərlər.

Müraciət olunan  vəzifənin adı qeyd edilməlidir.

Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

 

 

Zəng sifariş et