Yerləşdirilmə tarixi: 17.09.2020
Son müraciət tarixi: 01.10.2020

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Hüquqi tənzimləmə və müqavilələrin ekspertizası şöbəsinə vakant yer elan edir

İşəgötürən: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

Vəzifə: Assistent (müqavilələr üzrə)

Şöbə: Hüquqi tənzimləmə və müqavilələrin ekspertizası

 Vəzifə öhdəlikləri:

  • Müqavilələrin tərtib edilməsi, o cümlədən təqdim edilmiş müqavilələrin hüquqi ekspertizasının həyata keçirilməsi;
  • Müqavilə sənədlərinin və digər sənədlərin icrası ilə əlaqədar digər struktur bölmələrin əməkdaşlarına hüquqi məsləhət verilməsi;
  • Təlimat, qayda və prosedurlarının, əsasnamələrin hazırlanması, ekspertizasının həyata keçirilməsində və müvafiq təkliflərin hazırlanmasında iştirak etmək;
  • Qanunvericilik aktlarının, təşkilati-sərəncamverici və digər normativ sənədlərin, habelə qeyri-normativ aktların layihələrini hazırlamaq və ya hazırlanmasında iştirak etmək;
  • Vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərin və sorğuların qanunvericiliyə uyğun olaraq baxılmasını və müvafiq tədbirlərin görülməsini təmin etmək, şəxslərin qəbul edilməsini təşkil etmək;
  • Azərbaycan Respublikasının məhkəmələrində məhkəmə prosesləri ilə əlaqədar prosessual sənədlərin (iddia ərizələrinin, iddia ərizələrinə dair etirazların, apellyasiya, kassasiya və əlavə kassasiya şikayətlərinin və s.) hazırlanmasını təmin etmək;
  • Qurumun digər struktur bölmələrinə hüquqi yardım göstərmək, arayışlar, rəylər və qanunvericiliyin tələblərinə əməl olunması istiqamətində hüquqi məsləhətlər vermək, struktur bölmələr tərəfindən hazırlanmış normativ sənədlərin qanunvericiliyə uyğunluğuna dair rəylər vermək;
  • Departament rəhbərinin tapşırığına uyğun olaraq digər vəzifələri yerinə yetirmək.

      Vəzifə üçün tələblər:

  • Ali hüquqi təhsil (magistratura dərəcəsi arzuolnandır);
  • Azərbaycan dilində səlis yazmaq və danışmaq;
  • Rus və ya ingilis dili arzuolunandır;
  • Microsoft Ofis proqramlarında işləmək bacarığı;
  • Məsuliyyət, dürüstlük, dəqiqlik və etibarlılıq;
  • Məxfilik, ünsiyyət bacarığı, vaxtın idarə edilməsi, komandada işləyə bilmək bacarıqların olması;
  • Hüquq sahəsində 1 il iş təcrübəsi.

Maraqlanan namizədlər CV-lərini 01 oktyabr 2020-ci il tarixinədək hr@its.gov.az e-mail ünvanına göndərə bilərlər.

Müraciət olunan  vəzifənin adı qeyd edilməlidir.

Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Zəng sifariş et