Yerləşdirilmə tarixi: 23.08.2021
Son müraciət tarixi: 15.09.2021

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İşə qəbul və seçim şöbəsinin müdiri vəzifəsinə vakant yer elan edir

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi icbari tibbi sığortanın tətbiqini təmin edən xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İşə qəbul və seçim şöbəsinin müdiri vəzifəsinə vakant yer elan edir.

          Vəzifə öhdəlikləri:

  • Agentlik və tibb müəssisələrinə işə qəbul işinin idarə edilməsi;
  • İşə qəbul planının hazırlanması üzrə işlərin icrası;
  • Müxtəlif işə qəbul mənbələrindən istifadə etməklə peşəkar namizədlərin cəlb olunması;
  • Namizədlərin seçimi prosesinin qaydalara və beynəlxalq təcrübəyə uyğun aparılması;
  • Xəstəxanalarda bəzi vəzifələrin spesifikliyi nəzərə alınaraq həmin vəzifələr üçün meyarların, işə qəbul mexanizminin yaradılması və bu prosesə nəzarət;
  • Yeni işçilər üçün ilkin təlimatlandırma (tanışlıq) prosesinin təkmilləşdirilməsi;
  • Müxtəlif vəzifələr üzrə əmək bazarının araşdırılması və təhlillərin aparılması;
  • Ümumi insan resursları funksiyasının fəaliyyətində fəal iştirak etmə; 

           Vəzifə üçün tələblər:

  • Ali təhsili (namizədin ali iqtisadi, idarəçilik, və ya digər əlaqəli sahə üzrə təhsilinin olması arzuolunandır);
  • İşə qəbul üzrə sahəsi üzrə 2 ildən az olmayaraq rəhbərlik təcrübəsi (geniş filiallar və regional mərkəzlər şəbəkəsinə malik müəssisəsində iş təcrübəsi üstünlükdür);
  • İnsan resurslarının idarəedilməsi sahəsində biliklərin çox yaxşı səviyyədə olması;
  • Namizədlərin cəlbi və seçimi üzrə texnikalar barədə ətraflı məlumatlılıq;
  • İdarəetmə, analitik, yüksək ünsiyyət, təşkilatçılıq, komandada işləmə bacarıqları;
  • Ofis proqramları üzrə biliklərin yaxşı səviyyədə olması;   

Maraqlanan namizədlər CV-lərini 15 sentyabr 2021-ci il tarixinədək hr@its.gov.az e-mail ünvanına göndərə bilərlər.

Müraciət olunan  vəzifənin adı qeyd edilməlidir.

Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Vakansiyalar

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi ekspertiza şöbəsinə vakant yer elan edir

03 Sentyabr 2021 17:12

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Çağrı mərkəzinə vakant yer elan edir

12 Avqust 2021 18:36

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Şəmkir şəhərində fəaliyyət göstərən filialı üçün Filial rəhbəri vəzifəsinə vakant yer elan edir

27 İyul 2021 09:25

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Göyçay şəhərində fəaliyyət göstərən filialı üçün Filial rəhbəri vəzifəsinə vakant yer elan edir

27 İyul 2021 09:18

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Çağrı mərkəzinə vakant yer elan edir

19 Aprel 2021 14:33

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi kadrlar üzrə mütəxəssis/baş mütəxəssis vəzifəsinə vakant yer elan edir

24 Fevral 2021 15:17

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Marketinq və tədbirlər şöbəsinə mütəxəssis vəzifəsinə vakansiya elan edir

19 Fevral 2021 10:55

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinə məsləhətçi vəzifəsinə vakansiya elan edir

19 Fevral 2021 10:41

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi  .Net Proqramçı vəzifəsinə vakant yer elan edir

29 Yanvar 2021 11:39

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Şəmkir şəhərində fəaliyyət göstərəcək filialı üçün Filial rəhbəri vəzifəsinə vakant yer elan edir

04 Dekabr 2020 16:01