26 Sentyabr 2018 16:54
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi jurnalistlər üçün təlim keçirib
26 sentyabr 2018-ci il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə ölkənin aparıcı media nümayəndələri üçün “KİV nümayəndələrinin icbari tibbi sığorta sahəsində məlumatlılığının artırılması” mövzusunda təlim keçirilib. Təlimin əsas məqsədi media institutları ilə peşəkar kommunikasiyanı gücləndirməkdən, jurnalistlərin icbari tibbi sığorta (İTS) və səhiyyənin maliyyələşməsi haqqında məlumatlılıq səviyyəsini yüksəltməkdən ibarətdir.
Təlimdə Agentliyin departament rəhbərləri Araz Nəsirov, Vüqar Qurbanov, Aysel İbayeva, Aynurə Əhmədova, şöbə müdirləri Şərafət İsmayılova, Sadiq Mədətov və Avropa İttifaqının “Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək” Tvininq layihəsinin rezident müşaviri Qediminas Çerniauskas İTS-nin tətbiqində beynəlxalq təcrübə, əhalinin sağlamlığının qorunmasında İTS-nin rolu, İTS-nin pilot ərazilərdə tətbiqi, əldə olunan ilkin nəticələr, baza zərfi və istisnalar paketi, Azərbaycanda ilkin səhiyyə xidmətinin təşkili, pilot ərazilərdəki tibb müəssisələrində çalışan tibb işçilərinin İTS sisteminə münasibəti mövzularında təqdimatlarla çıxış ediblər.
Daha sonra “Əhalinin sağlamlığının qorunmasında icbari tibbi sığortanın rolu” mövzusunda yazı, “İcbari tibbi sığorta həyatımda nəyi dəyişəcək?” və ya “İcbari tibbi sığorta nədir?” mövzularında sosial videoçarx müsabiqələrinin şərtləri barədə təlim iştirakçılarına ətraflı məlumat verilərək jurnalistlər müsabiqələrdə iştiraka dəvət ediliblər. Müsabiqələrin şərtləri Agentliyin rəsmi internet səhifəsində yerləşdirilib.
Təqdimatlardan sonra sual-cavab sessiyası təşkil olunub və jurnalistləri maraqlandıran suallar Agentliyin əməkdaşları tərəfindən cavablandırılıb.
Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.
Xəbərlər
Sidik-ifrazat sisteminin katerizasiyası icbari tibbi sığorta təminatına daxildir
30 Sentyabr 2024 15:15
Tənəffüs sisteminin funksional diaqnostikası icbari tibb sığorta ilə qarşılanır
24 Sentyabr 2024 15:32
Zaur Əliyev Şamaxıda vətəndaşları qəbul edib
20 Sentyabr 2024 17:16
Eşitmə problemlərinin erkən diaqnostikası icbari tibbi sığorta ilə qarşılanır
17 Sentyabr 2024 15:04
Tibb bacısı xidmətinin inkişafı məqsədilə Türkiyə təcrübəsi öyrənilir
13 Sentyabr 2024 17:54
Sünnət icbari tibbi sığorta hesabına təminata alınıb
12 Sentyabr 2024 10:35
Agentlik və TƏBİB-in əməkdaşları Koreya Respublikasında səfərdə olublar
11 Sentyabr 2024 14:24
Anadangəlmə dodaq və damaq yarıqlarının cərrahi korreksiyası icbari tibbi sığorta ilə icra edilir
06 Sentyabr 2024 10:26
Kolonoskopiya müayinəsi icbari tibbi sığorta ilə qarşılanır
03 Sentyabr 2024 10:04
İcbari tibbi sığorta hesabına 145 transplantasiya əməliyyatı icra olunub
29 Avqust 2024 09:59