22 Noyabr 2023 16:00
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi media nümayəndələri üçün təlim keçirib
Noyabrın 22-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) media, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün “İcbari tibbi sığorta sahəsində məlumatlılığın artırılması” mövzusunda təlim keçirib.
Təlimin keçirilməsində məqsəd icbari tibbi sığorta sistemi barədə yazan jurnalistlərin, bu sahədə maarifləndirmə işləri aparan vətəndaş cəmiyyəti üzvlərinin, qurumla əməkdaşlıq əlaqələri quran beynəlxalq təşkilatların daha dolğun məlumatlandırılması, hədəf qrupları ilə səmərəli əməkdaşlığın gücləndirilməsi və görülən işlərin media vasitəsilə ictimaiyyətə düzgün çatdırılmasıdır.
Tədbirin açılışında çıxış edən Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova icbari tibbi sığorta ilə bağlı məlumatların ictimaiyyətə operativ və düzgün çatdırılmasında medianın vacib rol oynadığını bildirib. Sığorta sahəsində yeniliklər barədə açıqlama verən departament rəhbəri “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər ediləcəyini bildirib.
Təlimin interaktiv keçirilməsi üçün iştirakçılara qrup şəklində praktik tapşırıqlar verilib. Daha sonra Agentliyin nümayəndələri tapşırıqlarla bağlı təqdimatlarla çıxış ediblər.
Təlimin birinci hissəsində Agentliyin nümayəndələri Arif Əkbərov, Səməd Səmədov, Pərvin Salahova, Fuad Bayramov və Esmira Həsənova təqdimatlar ediblər. Onlar icbari tibbi sığortadan düzgün istifadə, göndərişlərin verilməsi qaydası, Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlər və orqan trasplantasiyası əməliyyatları, səhiyyə işçilərinin əməkhaqqının ödənilməsi qaydası ilə bağlı ətraflı məlumat veriblər.
Təlimin ikinci hissəsində Agentliyin Tibbi yardımın maya dəyərinin hesablanması xidmətinin rəhbəri Orxan Qənbərov, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyi Fənarə Bünyadzadə çıxış ediblər. Tibbi xidmətlərin maya dəyərinin hesablanması, tibbi məlumatlılığının artırılması, tibb müəssisələrində kommunikasiya işinin təşkili, səhiyyə kommunikasiyasında effektiv tərəfdaşlıq mövzularında məruzələr dinlənilib.
Sonda yekun nitqlə çıxış edən və iştirakçılara sertifikatlar təqdim edən Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev Agentliyin fəaliyyətə başladığı vaxtdan media nümayəndələri ilə sıx əməkdaşlıq etdiyini bildirib: “Agentliyin qarşısına qoyduğu məqsədlərdən biri də vətəndaşların tibbi xidmətlərə əlçatanlığını artırmaq və əhalinin səhiyyə xərclərini azaltmaqdır. Əhalini maarifləndirmədən bu məqsədlərə nail olmaq mümkün deyil. Maarifləndirmə işlərində müxtəlif kommunikasiya kanallarından istifadə etsək də bu işdə jurnalistlərin üzərinə böyük məsuliyyət düşür”.
Xəbərlər
Müddətli həqiqi hərbi xidmətə çağırılanların tibbi müayinəsi ilə bağlı pilot layihəyə start verilir
30 Aprel 2024 12:15
İlkin səhiyyə xidməti təkmilləşdirilir
24 Aprel 2024 10:15
Zaur Əliyev Daşkəsən rayonunda vətəndaşları qəbul edib
22 Aprel 2024 10:52
Böyrəyin çıxarılması əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır
19 Aprel 2024 09:45
Katarakta əməliyyatı zamanı Amerika istehsalı olan linzalar icbari tibbi sığorta ilə qarşılanır
16 Aprel 2024 10:30
Agentlik tərəfindən 101 tibb müəssisəsi monitorinqlərə cəlb edilib
05 Aprel 2024 17:53
İcbari tibbi sığorta ilə transfuzioloji yardım təkmilləşdirilir
01 Aprel 2024 11:56
Zaur Əliyev Kürdəmir rayonunda vətəndaşları qəbul edib
29 Mart 2024 15:00
Təxliyə zamanı həyati təhlükəsi olanlara təcili tibbi yardım göstərməyə imkan verən yeni ambulanslar alınıb
18 Mart 2024 12:40
Qlaukomanın müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
12 Mart 2024 12:23