Yerləşdirilmə tarixi: 08.09.2020
Son müraciət tarixi: 01.10.2020

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Sistem inzibatçısı ​​​​​​​vəzifəsinə vakant yer elan edir

Vəzifə öhdəlikləri:

  • Server proqram təminatının dəstəklənməsində iştirak, Agentliyin İT infrastrukturunda yaranan problemlərə dərhal reaksiya verməklə xidmət pozuntularını aradan qaldırmaq üçün müvafiq tədbirlərin görülməsi;
  • İnformasiya sisteminin sazlanmasında iştirak, zərurət yarandıqda digər şirkətlərin iş prosesinə müqavilə əsasındə cəlb edilməsi;
  • Windows Server sistemlərinin və tətbiqlərinin inteqrasiyasına, eləcə də icra edilməsinə texniki və fəaliyyət dəstəyinin göstərilməsi;
  • Davamlılıq və yüksək performans üçün Windows, VmWare, Veeam, HPE Blade Server, 3PAR Storage mühitlərinin monitorinqinin aparılması;
  • Virtualizasiya sistemlərinin və tətbiqlərinin inteqrasiyasına, eləcə də icra edilməsinə texniki və fəaliyyət dəstəyinin göstərilməsi;
  • Ehtiyat nüsxələrinin saxlanılması sistemlərinin və tətbiqlərinin inteqrasiyasına, eləcə də icra edilməsinə texniki və fəaliyyət dəstəyinin göstərilməsi;
  • Agentlikdə bu sahalər üzrə inkişafı prosesslərində iştirakı və dəstəyi;
  • Departament rəhbəri və şöbə müdiri tərəfindən xidməti fəaliyyətlə əlaqədar verilmiş tapşırıqların yerinə yetirilməsi;
  • Fəaliyyəti üzrə ezamiyyə səfərlərinin həyata keçirilməsi;
  • Agentliyin daxili intizam və etik davranış qaydalarına riayət edilməsi.

    Vəzifə üçün tələblər:

  • Ali təhsil (texniki sahədə təhsil arzu olunandır)
  • Sistem inzibatçılığı üzrə minimum 3 il iş təcrübəsi
  • Windows Server ƏS üzrə biliklər və iş təcrübəsi
  • VmWare virtualizasiya üzrə biliklər və iş təcrübəsi
  • Veeam Backup üzrə biliklər və iş təcrübəsi
  • HPE Blade Servers və HPE 3PAR Storage üzrə biliklər və iş təcrübəsi
  • Windows, VmWare, Veeam Backup üzrə sertifikat olması arzu olunandır
  • Mövcüd serverlərin və storage-lərin dəstəklənməsi, çıxan problemlərin aradan       qaldırılması
  • SCCM, AD,DNS, File Server, WDS,WSUS, IIS kimi serverlərin dəstəkləməsi
  • VmWare Cluster, HA , DRS rahat şəkildə sazlanması
  • Veeam Backup ilə Backup Policy və  Backup Schedule rahat şəkildə sazlanması
    - HPE Blade Serverlərin tam sazlanması, diaqnostikası və problemlərin aradan    qaldırılması
  • HPE 3PAR Storage tam sazlanması, diaqnostikası və problemlərin aradan qaldırılması
  • Şəbəkə ilə bağlı biliklərin olması
  • Texniki İngilis dili (ingilis dilində materialları oxuyub başa düşmək)
  • Komandada işləmək bacarığı
  • Yeni layihələrin icrasında iştirak
  • Özünü inkişaf etdirməyə və yeni texnologiyaları araşdırmağa meyilli

Maraqlanan namizədlər CV-lərini 01 oktyabr 2020-ci il tarixinədək hr@its.gov.az  e-mail ünvanına göndərə bilərlər.

Müraciət olunan  vəzifənin adı qeyd edilməlidir.

Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Rəqabətədavamlı əmək haqqı.