14 Mart 2023 15:33
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB nümayəndələri İsrailə səfər edib
Səfər iştirakçıları İsrail Dövlətinin xüsusi əhəmiyyətə malik səhiyyə müəssisələrinin –Magen David Adom Milli Əməliyyatlar Mərkəzi (İsrail Dövlətinin milli yardım cəmiyyəti), Sheba Hospital (tibbi innovasiyalar sahəsində ixtisaslaşmış tibb müəssisəsi) və Tel Aviv Sourasky (Ichilov) Tibb Mərkəzi - şəraiti və müxtəlif bölmələrin fəaliyyətləri ilə tanış olublar. Magen David Adom Milli Əməliyyatlar Mərkəzinin Fövqəladə halların idarə edilməsi və Avropa İttifaqı layihələri koordinatoru Chaim Rafalowski və Sheba Hospitalının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Yair İtzhar və Tel Aviv Sourasky (Ichilov) Tibb Mərkəzinin baş direktorunun müavini Itzhak Shapira səfər iştirakçılarına tibb mərkəzlərinin fəaliyyətləri haqda geniş məlumat təqdim etmişlər.
Həmçinin səfər müddətində Azərbaycanın nümayəndə heyətinin İsrail Dövlət Səhiyyə Nazirliyinin baş direktor müavini Şəfi Mendeloviç, qurumun Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Asher Salmon, Rəqəmsal Səhiyyə departamentinin rəhbəri Assaf Parker, Clalit Mushlam Səhiyyə Xidmətinin (İsrail Dövlətinin ən böyük sığorta təşkilatı) rəhbəri Eyal Jacobson, ilə bir sıra görüşləri baş tutub.
Səfər çərçivəsində İsrailin tibbi sığorta sistemi, səhiyyə sisteminin maliyyələşdirilməsi, tibb müəssisələrinin idarəedilməsində sığorta sisteminin rolu, tibbi xidmətlərin genişləndirilməsi üçün tövsiyə olunan strategiyalar, səhiyyə sisteminin elektronlaşdırılması, səhiyyə xidmətlərinin optimallaşdırılması, təcili və profilaktik tibbi yardım xidmətinin funksionallığı və təkmilləşdirilməsi haqqında fikir mübadiləsi aparılmışdır. Eyni zamanda Azərbaycanın tibb müəssisələrində aidiyyəti istiqamətlər üzrə insan kapitalının inkişaf etdirilməsi mövzularında müzakirələr aparılıb.
Xəbərlər
Dövlət tibb müəssisələrinin rəhbər heyəti Ankara Universitetində təlimdə iştirak ediblər
09 İyun 2023 15:00
Özbəkistan ölkəmizin icbari tibbi sığorta ilə bağlı təcrübəsini öyrənib
02 İyun 2023 12:00
Zaur Əliyev Qəbələ rayonunda vətəndaşları qəbul edib
26 May 2023 17:30
Agentliyin əməkdaşları böhran vəziyyətləri barədə məlumatlandırılıb
19 May 2023 14:00
Uşaqların profilaktik müayinələri icbari tibbi sığorta ilə təminata alınıb
19 May 2023 10:13
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb müəssisələrinin qiymətləndirilməsinin nəticələrini açıqlayıb
18 May 2023 10:06
ADA ilə əməkdaşlıq çərçivəsində “Potensialın Gücləndirilməsi Proqramı” məzunlarının təltifetmə mərasimi baş tutub
15 May 2023 16:14
ÜST tərəfindən yerli səhiyyə qurumları ilə əməkdaşlıqda Şamaxı rayonunda ilkin səhiyyə xidmətləri üzrə görülmüş işlərə baxış keçirilib
12 May 2023 14:38
Bakıdan dəvət olunmuş ixtisaslı həkimlər Lənkəranda uşaqları tibbi müayinə ediblər
12 May 2023 11:40
Agentlik “İnformasiya texnologiyaları sahəsi üzrə Könüllü Proqramı” elan edir
11 May 2023 15:14