11 Avqust 2017 15:12
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mütəxəssislərinin Estoniyaya səfəri başa çatıb
Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Avropa İttifaqının “SOCIEUX+” proqramı çərçivəsində Estoniyanın Sosial İşlər Nazirliyinin dəvəti ilə 7-11 avqust tarixlərində Agentliyin mütəxəssisləri icbari tibbi sığortanın tətbiqi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə Estoniya Respublikasının Tallin şəhərində səfərdə olublar.
“Avropanın qabaqcıl təcrübəsindən istifadə edilməklə səhiyyənin maliyyələşdirilməsi islahatlarının həyata keçirilməsində və icbari tibbi sığortanın tətbiqində Azərbaycan hökumətinə dəstək” əməkdaşlıq layihəsinə əsasən, Agentliyin direktorunun müavini Nigar Bayramovanın rəhbərlik etdiyi nümayəndə heyətinin Estoniyanın tibbi sığorta sisteminin iştirakçı qurum və təşkilatları, eləcə də bu sahədəki səlahiyyətli dövlət qurumları ilə bir sıra görüşləri baş tutub.
Direktorun müavini Azərbaycanda icbari tibbi sığortanın tətbiqi sahəsində görülən işlər haqda iştirakçılara məlumat verib.
Estoniyanın Sosial İşlər Nazirliyində, Tibbi Sığorta Fondunda keçirilən görüşlərdə Estoniyada səhiyyənin maliyyələşməsi sistemləri ilə bağlı əhəmiyyət kəsb edən məsələlər, tibbi sığorta sisteminin təşkili, tətbiqi və inkişafı, tibb mütəxəssislərinin akkreditasiyası və tibb təchizatçılarının maliyyələşmə mexanizmlərinin müasir formaları, tibb müəssisələrinin lisenziya əldə etmək qaydaları, o cümlədən tibbi xidmətlərin planlaşdırılması, dərman vasitələri ilə təchizat, tibbi xidmət təminatçılarının işinə və tibbi xidmətlərin keyfiyyətinə nəzarət kimi məsələlər müzakirə olunmuşdur. Agentliyin mütəxəssisləri Şimali Estoniya Tibb Mərkəzində tibbi sığortanın tətbiqi ilə əlaqəli prosesləri izləyiblər.
Görüşün yekununda Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Estoniya Tibbi Sığorta Fondu arasında gələcək əməkdaşlıq perspektivləri araşdırılıb.
Xəbərlər
Öd kisəsinin xaric edilməsi icbari tibbi sığorta ilə ödənişsizdir
08 Dekabr 2023 11:15
Zaur Əliyev Qubada vətəndaşları qəbul edib
23 Noyabr 2023 16:45
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi media nümayəndələri üçün təlim keçirib
22 Noyabr 2023 16:00
Xəstəxanaların idarəedilməsi sahəsində 60 nəfər rəhbər heyət Türkiyə təcrübəsini öyrənir
14 Noyabr 2023 16:50
“Medinex” və “Beauty Azerbaijan” sərgilərinin açılış mərasimi keçirildi
02 Noyabr 2023 14:00
Süd vəzi müayinəsi icbari tibbi sığorta təminatına daxildir
31 Oktyabr 2023 09:10
İcbari tibbi sığorta ilə LOR əməliyyatları icra olunur
30 Oktyabr 2023 15:00
Zaur Əliyev Lənkəranda vətəndaşları qəbul edib
27 Oktyabr 2023 15:37
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatı
26 Oktyabr 2023 12:08
Xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün tibbi aksiyalar keçirilib
20 Oktyabr 2023 12:30