25 Noyabr 2019 17:03
İcbari tibbi sığortanın 2020-ci ildə ölkə üzrə mərhələli şəkildə tətbiqi təklif olunur
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) 2020-ci ildə icbari tibbi sığortanın ölkə üzrə tətbiqi ilə əlaqədar təkliflərini hökumətə təqdim edib.
İcbari tibbi sığortaya keçiddə daha az risklərlə qarşılaşmaq, tibb müəssisələrini və əhalini sözügedən prosesə hazırlamaq üçün, habelə islahatın əhatə dairəsinin genişliyini, tibb müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqini nəzərə alaraq, Agentlik 2020-ci il ərzində respublikada icbari tibbi sığortanın tətbiqinin 4 mərhələdə həyata keçirilməsini təklif edir. Təklifə əsasən, birinci mərhələdə icbari tibbi sığorta 20 regionda tətbiq olunacaq və bu proses yanvar-mart aylarını əhatə edəcək. Qeyd olunan regionlara Şəki şəhəri, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab və Kürdəmir rayonları daxildir. Qeyd edək ki, hazırda pilot layihənin həyata keçirildiyi inzibati ərazilərdə (Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonları) də icbari tibbi sığorta sisteminin tətbiqi 1 yanvar 2020-ci ildən başlanacaq. İlkin mərhələdə icbari tibbi sığortanın xidmətlər zərfi çərçivəsində ölkə əhalisinin 23.82 faizinə tibbi xidmət göstəriləcək.
İkinci mərhələdə - aprel-iyun aylarında 17 region – Gəncə və Naftalan şəhərləri, Göygöl, Goranboy, Daşkəsən, Samux, Şəmkir, Qazax, Ağstafa, Gədəbəy, Tovuz, Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Füzuli və Beyləqan sözügedən sistemə qoşulacaq. Belə ki, bu regionlarda yaşayan ölkə əhalisinin 24.60 faizi icbari tibbi sığortanın xidmətlər zərfindən yararlanacaq.
İyul-sentyabr aylarında, yəni üçüncü mərhələdə 14 regionda - Lənkəran və Şirvan şəhərləri, Masallı, Lerik, Yardımlı, Astara, Cəlilabad, Salyan, Neftçala, Biləsuvar, İmişli, Saatlı, Hacıqabul və Sabirabadda icbari tibbi sığorta tətbiq olunacaq. Sözügedən regionlarda ölkə əhalisinin 19.53 faizinə icbari tibbi sığortanın xidmətlər zərfi çərçivəsində tibbi xidmət göstəriləcək.
Dördüncü mərhələdə - oktyabr-dekabr aylarında - Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun əhalisi icbari tibbi sığortanın xidmətlər zərfindən istifadə edəcək. Bu isə ölkə əhalisinin 32.05 faizini təşkil edir.
Məlumat üçün bildirək ki, regionlar üzrə əhalinin sayı 2018-ci ilin statistikasına istinadən verilib və göstəricilərin hesablanması zamanı Naxçıvan Muxtar Respublikasının əhalisinin sayı nəzərə alınmayıb. Naxçıvan Muxtar Respublikasında Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi fəaliyyət göstərir. Qeyd edək ki, Muxtar Respublikada icbari tibbi sığortanın tətbiqini sözügedən qurum həyata keçirir.
Mərhələli tətbiq zamanı vətəndaşlara xidmətlər zərfi çərçivəsində ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, ambulator və stasionar, o cümlədən həyati-vacib dəyəri yüksək olan tibbi xidmətlər göstəriləcək.
Nəzərinizə çatdıraq ki, Agentlik sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən icbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlərin toplusunu (xidmətlər zərfi) hazırlayıb. Sənəd hazırda müvafiq dövlət qurumları ilə razılaşdırılma mərhələsindədir. Zərfə təxminən 3000 adda tibbi xidmət daxildir. İcbari tibbi sığorta çərçivəsində təminat verilən tibbi xidmətlərin siyahısı təsdiqləndikdən sonra Agentliyin rəsmi internet səhifəsində yerləşdiriləcək.
Xəbərlər
Tibb işçiləri üçün “Keyfiyyət standartları” mövzusunda təlim keçirilib
13 Dekabr 2019 13:02
Klinik diaqnostik laboratoriyalarda çalışan tibb heyəti üçün keçirilən təlimlər yekunlaşıb
13 Dekabr 2019 11:37
TƏBİB-in İdarə Heyətinin sədri “Nümunəvi Həkim Olmağa Doğru” VI Ankara Forumunda iştirak edib
13 Dekabr 2019 10:47
Agentliyin əməkdaşları ÜST-nin təşkilatçılığı ilə Omanda keçirilən qlobal görüşdə iştirak ediblər
13 Dekabr 2019 09:16
Noyabr ayında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 459 vətəndaş müraciəti daxil olub
10 Dekabr 2019 09:39
Tibb işçiləri üçün “Qeyri-infeksion xəstəliklərin idarəolunması” mövzusunda təlimlər yekunlaşıb
06 Dekabr 2019 16:06
“Baş tibb bacısının/qardaşının işinin tənzimlənməsi” mövzusunda təlim keçirilib
06 Dekabr 2019 15:58
İcbari tibbi sığorta haqları 1 aprel 2020-ci ildən toplanılacaq
03 Dekabr 2019 14:24
TƏBİB-in İdarə Heyətinin sədri təyin edilib
02 Dekabr 2019 15:46
“Ana və Uşaq Sağlamlığı üzrə SMS maarifləndirmə” pilot layihəsinin nəticələrinin təqdimat mərasimi keçirilib
02 Dekabr 2019 13:24