08 İyun 2020 12:08
İcbari tibbi sığortanın tətbiq edildiyi 23 inzibati ərazidə 4 585 307 tibbi xidmət göstərilib
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən icbari tibbi sığorta 2020-ci il 1 yanvar tarixindən 23 inzibati ərazidə - Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Qobustan, İsmayıllı, Ağsu, Şamaxı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Mingəçevir, Yevlax və Ağdaşda tətbiq edilir.
Cari ilin ilk 5 ayı ərzində sözügedən ərazilərdə tibb müəssisələrinə 906 131 nəfər, 1 636 166 müraciət etmişdir. Bu müraciətlər üzrə 4 585 307 tibbi xidmət göstərilmişdir. Vətəndaşların ən çox müraciət etdikləri regionlar Mingəçevir (240 093), Yevlax (135 380), Xaçmaz (114 385), Zaqatala (111 711) və Şəkidir (104 544). Ən çox tibbi xidmət göstərən tibb müəssisələri Mingəçevir şəhər Mərkəzi Xəstəxanası (1 085 076), Yevlax (338 175), Ağdaş (337 022), Qusar (258 071) və Quba rayon Mərkəzi Xəstəxanalarıdır (254 415).
Qeyd edək ki, Agentlik tərəfindən tibb müəssisələrinin resurslarından və kadr potensialından səmərəli istifadəni təmin etmək, fəaliyyətlərini optimallaşdırmaq və əhalinin müxtəlif növ tibbi yardıma əlçatanlığını təmin etmək məqsədilə respublikanın inzibati ərazi vahidləri üzrə tibbi ərazi bölmələri (TƏB) yaradılmışdır. Hazırda icbari tibbi sığortanın tətbiqi 5 TƏB-i əhatə edir. TƏB üzrə müraciət sayına gəldikdə, ən çox Bərdə-Yevlax TƏB-ə müraciət edilib. Bərdə-Yevlax TƏB üzrə 449 037, Şəki-Zaqatala TƏB üzrə 428 025, Quba-Xaçmaz TƏB üzrə 321 767, Göyçay-Kürdəmir TƏB üzrə 228 746 və Dağlıq Şirvan TƏB üzrə 205 232 müraciət qeydə alınıb.
Müraciətlərin çoxu ümumi tibbi baxışla (42 070) bağlı olub. Ən çox müraciət edilən xəstəliklər sırasında yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası (36 951), essensial (birincili) hipertenziya (30 628), insulindən asılı olmayan şəkərli diabet (22 947), normal hamiləliyin gedişi üzərində müşahidə (18 212), diaqnozu müəyyən edilmiş, şikayəti olmayan şəxslərin ümumi tibbi baxışı və müayinəsi (17 169) və s. xəstəliklər yer alır.
Ümumilikdə 1021 həyati vacib-dəyəri yüksək olan əməliyyat həyata keçirilib. Bahalı əməliyyatlar arasında kardiologiya/ürək-damar cərrahiyyəsi (554), oftalmologiya (267), nevrologiya/neyrocərrahiyyə (76), urologiya (66) və travmatologiya (35) üzrə əməliyyatlar çoxluq təşkil edir.
Xəbərlər
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 İyul 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 İyul 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 İyul 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 İyul 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla bərpa olunur
01 İyul 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 İyun 2024 10:51
İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
24 İyun 2024 14:52
Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib
21 İyun 2024 17:00
İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21 İyun 2024 10:57
Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı
14 İyun 2024 14:49