25 May 2021 17:03

Peyvənd və immunitet sertifikatlarının əldə edilməsi ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin açıqlaması

“Peyvənd sertifikatı” COVID-19 xəstəliyi əleyhinə vaksinasiya olunanlara (iki dozada), “İmmunitet sertifikatı” isə xəstəliyə yoluxub sağalmış şəxslərə verilir.

Sözügedən sertifikatları əldə etmək üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet səhifəsində E-xidmətlər bölməsinin “Şəxsi Kabinetə giriş” (https://kabinet.its.gov.az/az/index) altbölməsi seçilməlidir. Bu bölmə “MyGov” portalına da inteqrasiya edilmişdir.

Burada “ASAN Login” sisteminə istifadəçi FİN-i, “Asan İmza”, Elektron imza və ya BSXM (Bank Sertifikat Xidmətləri Mərkəzi) imzası ilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçdikdən sonra açılan pəncərədə “Digər xidmətlər” bölməsi seçilməlidir.

“Digər xidmətlər” bölməsi seçildikdə ekranda “Peyvənd sertifikatı” və ya “İmmunitet sertifikatı” seçimləri əks olunur.

Əgər vətəndaş vaksin olunubsa “Peyvənd sertifikatı” seçimini etməlidir. Xəstəliyə yoluxub sağalmış şəxs isə “İmmunitet sertifikatı” seçimini etməlidir.

Bu zaman təqdim olunan sertifikatları elektron formatda yükləmək, eləcə də çap versiyada əldə etmək olar. Qeyd edək ki, sertifikatların doğruluğunun sənəddə əks olunan “QR Code” vasitəsi ilə yoxlanılması da mümkündür.

Əlavə olaraq bildirək ki,  sözügedən sertifikatları “E-Təbib” mobil tətbiqi vasitəsi ilə də yükləmək mümkündür. 

 

Zəng sifariş et