21 İyun 2021 10:48
İTSDA və UNFPA müharibədən zərər çəkmiş bölgələrdə səyyar xidmətlərin göstərilməsi ilə bağlı birgə layihə həyata keçirir
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və BMT-nin Əhali Fondunun (UNFPA) maliyyə dəstəyi ilə İkinci Qarabağ müharibəsindən zərər çəkmiş 8 şəhər və rayonda əhaliyə cinsi və reproduktiv sağlamlıq, həmçinin gender əsaslı zorakılıqla mübarizə sahələrində səyyar xidmətlərin göstərilməsi ilə bağlı birgə layihə həyata keçirilir. Layihə Gəncə və Mingəçevir şəhərlərini, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl və Ağcabədi rayonlarını əhatə edir.
Layihə çərçivəsində Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun mütəxəssislərindən ibarət səyyar qruplar tərəfindən ilkin mərhələdə 7-9 iyun Gəncə şəhərində, 9-12 iyun Mingəçevir şəhərində və 14-19 iyun tarixlərində Ağdam, Ağcabədi rayonlarında səyyar xidmət və təlimlər həyata keçirilib.
Layihənin məqsədi müharibə zamanı zərər çəkmiş ərazilərdə hamilə, tənha, sonsuzluq və digər ginekoloji problemləri olan qadınları tibbi müayinəyə cəlb etmək, habelə arzuolunmaz hamiləlikdən qorunma yolları, ailə planlaşdırılması, sanitariya qaydaları və digər cinsi və reproduktiv sağlamlıq məsələləri ilə bağlı onları maarifləndirməkdir.
Sadalanan bölgələrdə fəaliyyət göstərən Ailə Sağlamlıq Mərkəzlərində çalışan həkim, mama-ginekoloq, mamalara cinsi və reproduktiv sağlamlıq, gender əsaslı zorakılıqla mübarizə mövzularında təlimlərin keçirilməsi də layihənin məqsədləri sırasındadır.
Onu da qeyd etmək lazımdır ki, analoji tədbirlərin 21-26 iyun tarixlərində Goranboy, Tərtər, Göygöl və Bərdə rayonlarında keçirilməsi nəzərdə tutulub.
Layihənin davamı olaraq, səyyar xidmətlərin göstərilməsi üçün cari ilin avqust ayında sözügedən şəhər və rayonlara növbəti səfərlərin təşkil edilməsi planlaşdırılır.
Xəbərlər
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 İyul 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 İyul 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 İyul 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 İyul 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla bərpa olunur
01 İyul 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 İyun 2024 10:51
İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
24 İyun 2024 14:52
Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib
21 İyun 2024 17:00
İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21 İyun 2024 10:57
Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı
14 İyun 2024 14:49