17 Sentyabr 2020 17:20
“Koreya-Azərbaycan səhiyyə sahəsində əməkdaşlıq” mövzusunda onlayn vebinar keçirilib
17 sentyabr 2020-ci il tarixində Koreya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə “2020 Koreya Tibbi” layihəsi çərçivəsində vebinar keçirilib. Vebinarın keçirilməsində məqsəd Koreyanın inkişaf etmiş tibb sənayesinin öyrənilməsi, daxili bazarın araşdırılması, ölkəmizdə icbari tibbi sığortanın tətbiqi ilə bağlı görülən işlərlə tanışlıq və gələcəkdə Koreya-Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri olub.
Vebinarda Koreya Respublikasının Azərbaycandakı səfirliyi, Koreya Səhiyyə Sənayesinin İnkişafı İnstitutu, Azərbaycan Respublikasının Koreyadakı səfirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin nümayəndələri iştirak ediblər.
Vebinarda Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev çıxış edərək, Koreya və Azərbaycan arasındakı əməkdaşlığı yüksək qiymətləndirdiyini bildirib. O vətəndaşların sağlamlığının ölkənin iqtisadi inkişafı üçün bir amil olduğunu vurğulayaraq, əhalinin keyfiyyətli tibbi xidmətlərlə təmin edilməsi istiqamətində Agentlik tərəfindən görülən tədbirlər barədə məlumat verib. O bildirib ki, səhiyyə sahəsində əməkdaşlıq görülən tədbirlərə öz töhfəsini verəcək.
Görüşdə Agentliyin nümayəndəsi tərəfindən “Azərbaycanda icbari tibbi sığortanın tətbiqi” mövzusunda təqdimat nümayiş olunub.
Koreyanın Azərbaycandakı səfiri cənab Kim Tonq Op çıxışı zamanı tibb sənayesi sahəsində qarşılıqlı əməkdaşlığın inkişafa yol açacağını bildirib. Koreya Səhiyyə Sənayesinin İnkişafı İnstitutunun mütəxəssisi Yunq Soon Kyu “Koreyada Əczaçılıq və Bio-Əczaçılıq Sənayesi” mövzusunda çıxış etmişdir.
Görüşdə tərəflər maraq doğuran məsələlər, gələcəkdə mümkün əməkdaşlıq perspektivləri ətrafında müzakirələr aparıblar.
Xəbərlər
“e-Tabib” mobil tətbiqinin yeni versiyasının təqdimatı keçirilib
15 Mart 2023 17:43
Zaur Əliyev Sumqayıt şəhərində vətəndaşları qəbul edib
15 Mart 2023 17:16
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB nümayəndələri İsrailə səfər edib
14 Mart 2023 15:33
Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev Naxçıvan Muxtar Respublikasına səfər edib
01 Mart 2023 10:17
Agentliyin müqavilə bağladığı tibb müəssisələrinin sayı 115-ə çatdırılıb
28 Fevral 2023 15:13
Zaur Əliyev Xaçmaz şəhərində vətəndaşları qəbul edib
24 Fevral 2023 17:00
Agentlik QHT-ləri əhalinin icbari tibbi sığorta barədə maarifləndirilməsində fəal iştiraka çağırır
22 Fevral 2023 12:20
Koronavirus pandemiyası ilə mübarizədə iştirak edənlərə ötən ilin may-dekabr ayları üzrə 2 milyon manata yaxın müddətli əlavə ödənilib
21 Fevral 2023 17:04
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Çağrı mərkəzində "Açıq qapı" günü keçirilib
14 Fevral 2023 17:26
Ötən il vahid əlaqələndirmə mərkəzlərində icbari tibbi sığorta ilə bağlı 433 vətəndaşa xidmət göstərilib
09 Fevral 2023 15:00