01 May 2020 16:04

Koronavirus pandemiyası ilə mübarizədə iştirak edən tibb işçilərinə müddətli əlavələrin ödənilməsinə başlanılıb

Azərbaycan Respublikası Prezidentinin 18 mart 2020-ci il tarixli 1947 nömrəli Sərəncamına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 nömrəli Qərarına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə mart ayı üzrə müddətli əlavələrin ödənilməsinə başlanılıb. 

Belə ki, Bakı şəhəri üzrə 122 dövlət tibb müəssisəsinin tibb işçilərinə, respublikanın digər şəhər və rayonları üzrə 5 dövlət tibb müəssisəsinin tibb işçilərinə iş vaxtına mütənasib olaraq müddətli əlavələr ödənilib. 

Mart ayı üzrə ümumilikdə 7698 nəfər tibb işçisinə müddətli əlavə ödənilib. Onların 2489 nəfəri həkim, 4478 nəfəri orta və kiçik tibb işçisi, 731 nəfəri isə təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin sürücüləridir. 

Nazirlər Kabinetinin Qərarına uyğun olaraq, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavələr aşağıdakı qaydada ödənilib:

1.    Tibbi  profilaktik tədbirləri həyata keçirən 4484 nəfər işçiyə aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində
2.    Təcili tibbi yardım xidməti göstərən 2961 nəfər tibb işçisinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan 58 nəfər laboratoriya işçisinə aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində
3.    Pasiyentlərə stasionar tibbi xidmət göstərən 195 nəfər işçiyə aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində.
 Mart ayı üzrə ümumilikdə tibb işçilərinə, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin sürücülərinə 5.3 milyon manat  məbləğində müddətli əlavə ödənilib. 
Məlumat üçün bildirək ki, müddətli əlavələrin mart ayına nəzərdə tutulan hissəsinin digər dövlət tibb müəssisələri üzrə hesablanması və ödənilməsi prosesi davam edir. Belə ki, dövlət tibb müəssisələri tərəfindən göndərilən siyahılara uyğun olaraq Agentlik tərəfindən mart ayı üzrə müddətli əlavələr digər tibb işçilərinə də ödəniləcəkdir. Növbəti həftədən isə aprel ayı üzrə müddətli əlavələrin hesablanması və ödənilməsi təmin ediləcəkdir.

Onu da qeyd edək ki, Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 nömrəli Qərarına əsasən  tibbi profilaktik tədbirləri həyata keçirən tibb işçilərinin əhatə dairəsinin müəyyən edilməsi Agentliyə tapşırılmışdır. Agentlik 25 mart 2020-ci il tarixli 112 nömrəli Qərarın əhatə dairəsini aşağıdakı kimi genişləndirib:

•    Tibb müəssisələrində yaradılmış çağırış üzrə qeydiyyat jurnallarında qeydə alınmış sorğuya əsasən tibbi xidmətləri göstərən ailə həkimləri, sahə həkimi-terapevtlər, sahə həkimi-pediatrlar və orta tibb işçiləri;
•    Təcili tibbi yardım xidmətinin və Təcili Yardım Avtobazasının sürücüləri;
•    Tibb müəssisələrinin rəhbərləri, stasionar tibbi xidmətə cəlb edildiyi hallar istisna olmaqla, tibb müəssisəsi rəhbərinin müavini – baş həkimlər;
•    COVID-19 infeksiyasına yoluxma ehtimalı yüksək olan xəstələrin təcrid edilməsi üçün istifadə olunan tibb müəssisələrində (qurumlarda, müəssisələrdə, təşkilatlarda) tibbi xidmət göstərən tibb işçiləri;
•    COVID-19 infeksiyası ilə mübarizədə tibbi profilaktik tədbirləri həyata keçirən tibb müəssisələrinin bütün kateqoriyadan olan digər tibb işçiləri.

 

Xəbərlər

Agentlik koronavirus pandemiyası ilə mübarizədə iştirak edən tibb və qeyri-tibb işçilərinə iyun ayı üzrə 18 milyon manat müddətli əlavə ödəyib

05 Avqust 2020 13:59

Türkiyədən dəvət olunmuş tibb mütəxəssisləri Azərbaycanda koronaviruslu xəstələrin müalicəsinə cəlb olunublar

28 İyul 2020 12:31

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatı

26 İyul 2020 23:05

İcbari tibbi sığortanın tətbiq edildiyi 23 inzibati ərazidə 5 452 520 tibbi xidmət göstərilib

03 İyul 2020 11:45

Agentlik koronavirus pandemiyası ilə mübarizədə iştirak edən tibb və qeyri-tibb işçilərinə may ayı üzrə iş vaxtına mütənasib 13.7 milyon manat müddətli əlavə ödəyib

23 İyun 2020 00:04

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ölkəyə 41 təcili tibbi yardım avtomobili və Ambulans-Perinatal gətirilib

18 İyun 2020 15:29

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi sərnişinlərin COVID-19 testini verməsi üçün elektron xidmət istifadəyə verib

16 İyun 2020 11:01

İcbari tibbi sığortanın tətbiq edildiyi 23 inzibati ərazidə 4 585 307 tibbi xidmət göstərilib

08 İyun 2020 12:08

Agentlik koronavirus pandemiyası ilə mübarizədə iştirak edən 11 707 tibb və qeyri-tibb işçisinə aprel ayı üzrə iş vaxtına mütənasib 13.1 milyon manat müddətli əlavə ödəyib

01 İyun 2020 09:51

“Xəzər regionunda COVID-19: Səhiyyə siyasətinə təsir” adlı onlayn konfrans keçirilib

28 May 2020 12:30