07 Avqust 2023 16:19
Koronavirus pandemiyası ilə mübarizədə iştirak edənlərə 1.5 milyon manata yaxın müddətli əlavə ödənilib
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına və Nazirlər Kabinetinin müvafiq qərar və sərəncamlarına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən 2023-cü ilin yanvar-iyun ayları üzrə yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə iş vaxtına/saatına mütənasib olaraq təxminən 1.3 milyon manatdan artıq, qeyri-tibb işçilərinə isə 161 min manata yaxın müddətli əlavə ödənilib.
Tibb və qeyri-tibb işçilərinə cari ilin yanvar-iyun ayları üzrə ödənilən müddətli əlavələrin məbləği aşağıdakı kimidir:
Aylar | Dövlət tibb müəssisələri üzrə | Cəmi | |
Tibb işçiləri | Qeyri-tibb işçiləri | ||
Yanvar | 234 565,26 AZN (646 nəfər) | 30 381,09 AZN (195 nəfər) | 264 946,35 AZN (841 nəfər) |
Fevral | 268 347,05 AZN (710 nəfər) | 32 027,35 AZN (249 nəfər) | 300 374,40 AZN (959 nəfər) |
Mart | 211 972,27 AZN (418 nəfər) | 25 581,05 AZN (113 nəfər) | 237 553,32 AZN (531 nəfər) |
Aprel | 268 203,58 AZN (1 142 nəfər) | 35 716,32 AZN (383 nəfər) | 303 919,90 AZN (1 525 nəfər) |
May | 174 255,17 AZN (226 nəfər) | 18 904,46 AZN (52 nəfər) | 193 159,63 AZN (278 nəfər) |
İyun | 173 289,12 AZN (190 nəfər) | 18 114,36 AZN (42 nəfər) | 191 403,48 AZN (232 nəfər) |
CƏMİ: | 1 330 632,45 AZN (3 332 nəfər)
| 160 724,63 AZN (1034 nəfər)
| 1 491 357,08 AZN (4 366 nəfər) |
Qeyd olunmalıdır ki, dövlət tibb müəssisələri tərəfindən göndərilən siyahılara uyğun olaraq Agentlik tərəfindən may və iyun ayları üzrə müddətli əlavənin ödənilməsi davam edir.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 avqust 2023-cü il tarixli 255 nömrəli Qərarına əsasən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin ödənilməsi 2023-cü il oktyabrın 2-dək uzadılıb.
Xəbərlər
Öd kisəsinin xaric edilməsi icbari tibbi sığorta ilə ödənişsizdir
08 Dekabr 2023 11:15
Zaur Əliyev Qubada vətəndaşları qəbul edib
23 Noyabr 2023 16:45
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi media nümayəndələri üçün təlim keçirib
22 Noyabr 2023 16:00
Xəstəxanaların idarəedilməsi sahəsində 60 nəfər rəhbər heyət Türkiyə təcrübəsini öyrənir
14 Noyabr 2023 16:50
“Medinex” və “Beauty Azerbaijan” sərgilərinin açılış mərasimi keçirildi
02 Noyabr 2023 14:00
Süd vəzi müayinəsi icbari tibbi sığorta təminatına daxildir
31 Oktyabr 2023 09:10
İcbari tibbi sığorta ilə LOR əməliyyatları icra olunur
30 Oktyabr 2023 15:00
Zaur Əliyev Lənkəranda vətəndaşları qəbul edib
27 Oktyabr 2023 15:37
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatı
26 Oktyabr 2023 12:08
Xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün tibbi aksiyalar keçirilib
20 Oktyabr 2023 12:30