26 İyul 2021 10:45
Koronavirus pandemiyası ilə mübarizədə iştirak edənlərə cari ilin üç ayı üzrə 29.6 milyon manatdan artıq müddətli əlavə və mükafat ödənilib
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına və Nazirlər Kabinetinin müvafiq qərar və sərəncamlarına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən 2021-ci ilin fevral, mart və aprel ayları ərzində yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə iş vaxtına/saatına mütənasib olaraq 26.4 milyon manat, qeyri-tibb işçilərinə isə 3.2 milyon manat müddətli əlavə ödənilib.
Yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinə cari ilin fevral və aprel ayları üzrə iş vaxtına/saatına mütənasib olaraq 23.000 manat məbləğində müddətli əlavə ödənilib. Yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanır.
Könüllülərə adambaşına aylıq 250 manat olmaq şərtilə, 26.500 manat məbləğində mükafat ödənilib. Bu məbləğdən əməkhaqqına dair tutulmalar hesablanmır.
Tibb və qeyri-tibb tibb işçilərinə, eləcə də könüllülərə qeyd edilən aylar üzrə ödənilən müddətli əlavə və mükafatların məbləği aşağıdakı kimidir:
Aylar | Dövlət tibb müəssisələri üzrə | Özəl tibb müəssisələri üzrə | Könüllülər üzrə | Cəmi | |
Tibb işçiləri | Qeyri-tibb işçiləri | ||||
Fevral | 5.8 milyon manat (7177 nəfərə) | 0.9 milyon manat (2013 nəfərə) | 7000 manat (1 nəfərə) | 12 000 manat (48 nəfərə) | 6.7 milyon 19 min manat |
Mart | 7.8 milyon manat (7859 nəfərə) | 1.1 milyon manat (2045 nəfərə) | - | 9500 manat (38 nəfərə) | 8.9 milyon 9.5 min manat |
Aprel | 12.8 milyon manat (10622 nəfərə) | 1.2 milyon manat (2226 nəfərə) | 16 000 manat (6 nəfərə) | 5000 manat (20 nəfərə) | 14 milyon 21 min manat |
Qeyd olunmalıdır ki, dövlət tibb müəssisələri tərəfindən göndərilən siyahılara uyğun olaraq Agentlik tərəfindən may ayı üzrə müddətli əlavələrin ödənilməsi davam edir.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 iyul 2021-ci il tarixli 198 nömrəli Qərarına əsasən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqqılarına müddətli əlavələrin ödənilməsi 2021-ci il avqustun 1-dək uzadılıb.
Xəbərlər
Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinin sağlamlığının bərpası üçün tədbirlər davam etdirilir
10 Avqust 2022 15:35
Cari ilin ilk 6 ayı ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 16 463 vətəndaş müraciəti daxil olub
01 Avqust 2022 15:01
Hepatit B və C viruslarına yoluxmuş şəxslərə ödənişsiz dərman preparatları verilir
28 İyul 2022 14:08
2022-ci ilin ilk 6 ayı ərzində icbari tibbi sığorta çərçivəsində 18,3 milyona yaxın tibbi xidmət göstərilib
27 İyul 2022 16:11
Agentliyin “1542” Çağrı mərkəzinə cari ilin ilk 6 ayı ərzində 83 866 müraciət daxil olub
26 İyul 2022 14:17
İyun ayında icbari tibbi sığorta çərçivəsində 3,4 milyondan çox tibbi xidmət göstərilib
25 İyul 2022 10:00
Zaur Əliyev Bərdə rayonunda vətəndaşları qəbul edib
22 İyul 2022 16:53
Koronavirus pandemiyası ilə mübarizədə iştirak edənlərə 2022-ci ilin mart və aprel ayları üzrə 4,3 milyon manatdan çox müddətli əlavə və mükafat ödənilib
20 İyul 2022 10:04
Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin sayı 69-a qədər artırılıb
19 İyul 2022 15:54
Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in birgə məlumatı
18 İyul 2022 10:20