19 Yanvar 2023 16:19
“Laboratoriya analizlərinin nəticələri” adlı elektron xidmətin əhatə dairəsi genişləndirilib
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən “Laboratoriya analizlərinin nəticələri” adlı elektron xidmətə inteqrasiya edilən TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrinin sayı artırılıb. Belə ki, 70-dən artıq dövlət tibb müəssisəsində verilən laboratoriya analizlərinin cavabı ilə sözügedən elektron xidmət vasitəsilə tanış olmaq mümkündür. Bununla yanaşı, elektron xidmətin coğrafi əhatəsi də genişlənib. Hazırda 38 şəhər və rayonun sakinləri tibb müəssisələrində verdikləri laborator analizlərin nəticələrini onlayn qaydada öyrənə bilirlər.
Elektron xidmətdən istifadə etmək üçün vətəndaş Agentliyin rəsmi internet səhifəsinin (https://its.gov.az/) “E-xidmətlər” bölməsindən “Laboratoriya analizlərinin nəticələri” altbölməsinə daxil olmalıdır. Daha sonra açılan səhifədə boş xanaya “FİN” kod, “PROTOKOL nömrəsi”, “Doğum tarixi” və analiz verilən tarix aralığı daxil edilməlidir. Qeyd edək ki, “PROTOKOL nömrəsi”nin yazıldığı etiket vətəndaşa tibb müəssisəsi tərəfindən verilir.
Açılan səhifədə tibb müəssisəsinin adı, müəssisəyə müraciət tarixi və nümunə ID qeyd olunur. Burada yüklə işarəsini sıxmaqla analizin nəticələri ilə tanış olmaq mümkündür.
Məlumat üçün bildirək ki, aparılan struktur dəyişiklikləri səbəbindən hazırda bir tibb mərkəzinə bir neçə dövlət tibb müəssisəsi tabedir. Məsələn, nümunə ilə daha aydın izah edək: Sumqayıt Şəhər Uşaq Xəstəxanası, Sumqayıt Perinatal Mərkəz və Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanası hazırda Sumqayıt Tibb Mərkəzinin tabeliyindədir. Bu səbəbdən yuxarıda adları çəkilən tibb müəssisələrində laborator analiz verən vətəndaşlar analizin cavabını onlayn qaydada öyrəndikdə xəstəxananın adı Sumqayıt Tibb Mərkəzi kimi qeyd olunur.
Ehtiyac olarsa vətəndaş elektron xidmət vasitəsilə laboratoriya analizlərinin nəticələrini çap funksiyasından istifadə edərək də əldə edə bilər.
Məlumat üçün bildirək ki, sözügedən elektron xidmətə e-Tabib mobil tətbiqi vasitəsilə də daxil olmaq mümkündür.
Bu elektron xidmət şəffaflığı, məkandan asılı olmayaraq laborator müayinə nəticələrinə əlçatanlığı təmin etmək, vətəndaşların növbələrdə analiz cavablarını gözləməsi hallarını azaltmaq, bununla da əhalinin rahatlığını təmin etmək məqsədilə yaradılıb. Xidmət vətəndaşlar üçün vaxt itirmədən və kağız daşıyıcıdan istifadə etmədən laboratoriya analizlərinin nəticələrini onlayn öyrənmək imkanı yaradır. Bunun nəticəsidir ki, ötən il elektron xidmətdən istifadə sayı 424 232 təşkil edib.
Qeyd edək ki, xidmətin istifadəyə verildiyi 2018-ci ildən etibarən tətbiq olunduğu tibb müəssisələrinin və şəhər/rayonların sayı 3-dən müvafiq olaraq 70-ə və 38-ə çatdırılıb. Elektron xidmətin əhatə etdiyi tibb müəssisələrinin və regionların sayının davamlı olaraq artırılması nəzərdə tutulub. Növbəti aylarda sözügedən elektron xidmətin tam olaraq Zaqatala, Balakən və Qax rayonlarını əhatə edəcəyi nəzərdə tutulur. Agentlik yaxın illərdə bu elektron xidmətin TƏBİB-in tabeliyindəki bütün tibb mərkəzlərində və poliklinikalarda (Ailə Sağlamlıq Mərkəzlərində) qurulmasını hədəfləyib.
“Laboratoriya analizlərinin nəticələri” adlı elektron xidmətdən istifadəyə dair ətraflı məlumat aşağıdakı video təlimatda təqdim olunur.
Xəbərlər
“e-Tabib” mobil tətbiqinin yeni versiyasının təqdimatı keçirilib
15 Mart 2023 17:43
Zaur Əliyev Sumqayıt şəhərində vətəndaşları qəbul edib
15 Mart 2023 17:16
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB nümayəndələri İsrailə səfər edib
14 Mart 2023 15:33
Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev Naxçıvan Muxtar Respublikasına səfər edib
01 Mart 2023 10:17
Agentliyin müqavilə bağladığı tibb müəssisələrinin sayı 115-ə çatdırılıb
28 Fevral 2023 15:13
Zaur Əliyev Xaçmaz şəhərində vətəndaşları qəbul edib
24 Fevral 2023 17:00
Agentlik QHT-ləri əhalinin icbari tibbi sığorta barədə maarifləndirilməsində fəal iştiraka çağırır
22 Fevral 2023 12:20
Koronavirus pandemiyası ilə mübarizədə iştirak edənlərə ötən ilin may-dekabr ayları üzrə 2 milyon manata yaxın müddətli əlavə ödənilib
21 Fevral 2023 17:04
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Çağrı mərkəzində "Açıq qapı" günü keçirilib
14 Fevral 2023 17:26
Ötən il vahid əlaqələndirmə mərkəzlərində icbari tibbi sığorta ilə bağlı 433 vətəndaşa xidmət göstərilib
09 Fevral 2023 15:00