20 Aprel 2022 15:06

Mart ayında icbari tibbi sığorta çərçivəsində 2 milyondan çox tibbi xidmət göstərilib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2022-ci ilin mart ayında icbari tibbi sığorta çərçivəsində TƏBİB-in tabeliyindəki və müqaviləli (özəl) tibb müəssisələrində vətəndaşlara göstərilən tibbi xidmətlərlə bağlı statistik göstəriciləri təqdim edir.

Mart ayında dövlət tibb müəssisələrinə 646 386 şəxs 1 063 170 dəfə müraciət edib. Vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı isə 2 397 417 olub. Tibbi xidmətlərin 81 %-i ambulator, 19 %-i stasionar şəraitdə göstərilib. Pasiyentlərin 27 %-ni uşaqlar, 73 %-ni böyüklər təşkil edib.

Pasiyentlərin müraciəti əsasən ümumi tibbi müayinə, qan dövranı sistemi xəstəlikləri, endokrin sistemin xəstəlikləri, tənəffüs sistemi xəstəlikləri, həzm sisteminin xəstəlikləri, sidik-cinsiyyət sisteminin xəstəlikləri, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, mamalıq və ginekologiya, habelə sinir sistemi xəstəlikləri ilə bağlı olub.

Bakı şəhəri üzrə tibbi statistik göstəricilər

Bu ilin mart ayında Bakı şəhəri üzrə dövlət tibb müəssisələrinə 241 517 şəxs 421 949 dəfə müraciət edib. Vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı isə 893 084 olub. Bu, ölkə üzrə qeydə alınan bütün müraciət sayının 38 %-ni və tibbi xidmət sayının 37 %-ni təşkil edir.

Ən çox tibbi xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğunu təqdim edirik: Bakı Baş Səhiyyə Mərkəzi, Kliniki Tibb Mərkəz, Nərimanov Tibb Mərkəzi, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, 3 nömrəli Şəhər Klinik Xəstəxanası, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu və Akademik M.A Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi.

63 şəhər və rayon üzrə tibbi statistik göstəricilər

Cari ilin mart ayında 63 şəhər və rayon üzrə dövlət tibb müəssisələrinə 411 993 şəxs  677 539 dəfə müraciət edib. Vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı isə 1 504 333 olub. Bu, ölkə üzrə qeydə alınan bütün müraciət sayının 62 %-ni və tibbi xidmət sayının 63 %-ni təşkil edir.

Ən çox tibbi xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğunu təqdim edirik: Sumqayıt Tibb Mərkəzi, Gəncə Şəhər Birləşmiş Xəstəxanası, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası, Bərdə, Quba, Xaçmaz, Yevlax, Abşeron, Zaqatala və Şəmkir rayon mərkəzi xəstəxanaları.

İlk üç ay ərzində 4 445 nəfər icbari tibbi sığorta çərçivəsində özəl tibb müəssisələrində xidmət alıb

2022-ci ilin yanvar-mart ayları ərzində TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində aparılması mümkün olmayan əməliyyat və xidmətlərlə bağlı özəl tibb müəssisələrinə 4 445 şəxs yönləndirilib. Onlardan 215 nəfərini uşaqlar təşkil edir.

Belə ki, 1 792 pasiyentə angioqrafiya xidmətləri göstərilib. Həmçinin 1 167 nəfər ürək-damar cərrahiyyəsi, 703 nəfər oftalmologiya, 231 nəfər urologiya, 193 nəfər nevrologiya/neyrocərrahiyyə, 95 nəfər digər sahələr, 60 nəfər travmatologiya, 47 nəfər ümumi cərrahiyə, 21 nəfər LOR, 6 nəfər ginekologiya və doğuş üzrə əməliyyat olunub. Koxlear implantasiya və endoprotezləşdirmə əməliyyatı keçirən pasiyentlərin sayı isə müvafiq olaraq 31 nəfər və 99 nəfərdir.

Vətəndaşlara verilmiş göndərişlər əsasında müqaviləli tibb müəssisələri tərəfindən tibbi xidmətlərin göstərilməsi və onların elektron reyestrdə qeydiyyatı davam edir.

Zəng sifariş et