03 Dekabr 2021 09:15
Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Müşahidə Şurasının yeni tərkibdə iclası keçirilib
02 dekabr 2021-ci il tarixində “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” publik hüquqi şəxsin (Mərkəz) Müşahidə Şurasının yeni tərkibdə iclası keçirilib. Tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev, İdarə Heyəti sədrinin müavini Nigar Bayramova, Mərkəzin İcraçı direktoru Valeh Hüseynov, Müşahidə Şurasının sədri Soltan Məmmədov və şuranın üzvləri iştirak ediblər.
Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib ki, Mərkəzin fəaliyyəti barədə qərarların qəbul olunmasında Müşahidə Şurasının rolu böyükdür: “Çünki Müşahidə Şurası qərar qəbul etməkdə müstəqildir. Şura Mərkəzin fəaliyyətinə nəzarəti həyata keçirdiyi üçün o görülən işlərin düzgün istiqamətləndirməsində, qərarların verilməsi ilə bağlı təkliflərin irəli sürülməsində fəal iştirak etməlidir. Kadr siyasətinin düzgün formalaşdırılması, daxili məsələlər və mərkəzin fəaliyyətinin yoxlanılması barədə qərarın verilməsi bilavasitə Şuranın fəaliyyəti ilə bağlıdır”.
Müşahidə Şurasının vəzifələrindən danışan Soltan Məmmədovun sözlərinə görə, üzvlərinin sayının artırılması Mərkəzin fəaliyyətinə öz töhfəsini verəcəkdir.
Qeyd edək ki, Agentliyin İdarə Heyətinin 30 noyabr 2021-ci il tarixli 31 nömrəli Qərarı ilə Mərkəzin Müşahidə Şurasının tərkibi təsdiq edilib. Müşahidə Şurasının tərkibi sədr də daxil olmaqla 5 üzvdən ibarətdir: Agentliyin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli, Büdcə planlaşdırılması və icraya nəzarət şöbəsinin müdiri Yadigar Mahmudzadə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Xəstəliklərin kontrolu və profilaktikası departamentinin rəhbəri Yaqut Qarayeva və Bakı Sağlamlıq Mərkəzinin Qan mərkəzinin şöbə müdiri, Elm Təhsil Komitəsinin sədri Səhər İsmayılova.
Müşahidə Şurası Mərkəzə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. Şuranın vəzifələri həmçinin Mərkəzin fəaliyyətinə dair illik hesabatı dinləmək, illik büdcəsinə və onun icrasına nəzarət etmək, daxili audit xidməti yaratmaq, fəaliyyəti ilə bağlı xüsusi halların araşdırılması üçün müvəqqəti komissiyalar yaratmaq, Mərkəzin maddi-texniki bazasının gücləndirilməsi və təkmilləşdirilməsi barədə qərar vermək və digər məsələlərdən ibarətdir.
Xəbərlər
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 İyul 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 İyul 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 İyul 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 İyul 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla bərpa olunur
01 İyul 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 İyun 2024 10:51
İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
24 İyun 2024 14:52
Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib
21 İyun 2024 17:00
İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21 İyun 2024 10:57
Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı
14 İyun 2024 14:49