31 Oktyabr 2023 09:10
Süd vəzi müayinəsi icbari tibbi sığorta təminatına daxildir
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən süd vəzi xəstəliklərinin erkən mərhələdə aşkarlanması məqsədi ilə bir sıra instrumental və laborator müayinələr Xidmətlər Zərfində təminatına alınıb. Süd vəzisinin instrumental müayinəsinə aiddir:
ultrasəs müayinə (USM);
mammoqrafiya;
kompüter tomoqrafiyası (KT);
maqnit rezonans tomoqrafiyası (MRT).
Həmçinin süd vəzisinin biopsiyası, götürülən nümunənin histoloji müayinəsi, qanda onkomarkerlərin təyini icbari tibbi sığorta tərəfindən qarşılanır.
USM süd vəzi xəstəliklərinin diaqnostikasında müasir, zərərsiz və ağrısız metoddur. USM nəticəsində kistaları və mastopatiyanın (süd vəzinin iltihabı) hər hansı təzahürünü, həcmli törəmələri, limfa vəzilərinin vəziyyətini və bədxassəli şişləri aşkarlamaq mümkündür. Mümkün patologiyaların vaxtında aşkarlanması üçün 35 yaşdan sonra qadınlar ən azı ildə bir dəfə süd vəzisinin ultrasəs müayinəsindən keçməlidir.
Süd vəzisinin USM və mamoqrafiyası üçün göstərişlərin bəziləri aşağıdakılardır:
Süd vəzisində əllə hiss edilən kütlə, bərklik;
Hamiləlik və laktasiya (süd vermə) olmadığında süd vəzisi giləsindən olan ifrazatlar;
Qoltuqaltı limfa düyünlərinin böyüməsi, həssaslıq və s.
Konsultasiya üçün ailə həkiminə və ya birbaşa ixtisaslı həkimə (mammoloq) müraciət etmək olar.
Süd vəzisinin KT və MRT müayinələri daha çox USM və mammoqrafiya müayinələri nəticəsində kifayət qədər məlumat əldə olunmadıqda əlavə müayinə məqsədilə aparılır. Bu müayinələr şişin mövcudluğunu, şişin xarakterini, ətraf toxumalara sirayət etməsini tez və dəqiq müəyyən etməyə, həmçinin süd vəzidə aşkar edilməyən dəyişiklikləri erkən mərhələdə müşahidə etməyə imkan verir.
İcbari tibbi sığorta ilə təminata alınmış tibbi xidmətlər və digər məsələlərlə bağlı vətəndaşlar suallarını Agentliyin “1542” Çağrı Mərkəzinə ünvanlaya bilərlər. Bütün yerli mobil operatorlardan daxil olan zənglər ödənişsizdir. Həmçinin Agentliyin rəsmi internet səhifəsinin aşağı sağ küncündə (its.gov.az) zəng sifarişi funksiyasından istifadə etdikdə Çağrı mərkəzinin əməkdaşı vətəndaşa geri dönüş edir.
Xatırladaq ki, icbari tibbi sığorta ilə qarşılanan tibbi xidmətlərdən istifadə etmək üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 9 elmi-tədqiqat institutuna şəxsiyyət vəsiqəsi ilə müraciət etmək kifayətdir.
Xəbərlər
Öd kisəsinin xaric edilməsi icbari tibbi sığorta ilə ödənişsizdir
08 Dekabr 2023 11:15
Zaur Əliyev Qubada vətəndaşları qəbul edib
23 Noyabr 2023 16:45
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi media nümayəndələri üçün təlim keçirib
22 Noyabr 2023 16:00
Xəstəxanaların idarəedilməsi sahəsində 60 nəfər rəhbər heyət Türkiyə təcrübəsini öyrənir
14 Noyabr 2023 16:50
“Medinex” və “Beauty Azerbaijan” sərgilərinin açılış mərasimi keçirildi
02 Noyabr 2023 14:00
İcbari tibbi sığorta ilə LOR əməliyyatları icra olunur
30 Oktyabr 2023 15:00
Zaur Əliyev Lənkəranda vətəndaşları qəbul edib
27 Oktyabr 2023 15:37
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatı
26 Oktyabr 2023 12:08
Xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün tibbi aksiyalar keçirilib
20 Oktyabr 2023 12:30
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi informasiya sistemlərini “Hökumət buludu”na köçürüb
10 Oktyabr 2023 11:07