28 Aprel 2020 15:16
Koronavirus pandemiyası ilə əlaqədar olaraq tibb müəssisələri ilə müzakirələr videokonfrans sistemi vasitəsilə aparılır
Azərbaycan Respublikasında koronavirus pandemiyası (COVID-19) ilə bağlı həyata keçirilən karantin tədbirləri və hərəkətin məhdudlaşdırılması şəraitində, koronavirusla mübarizəyə ayrılmış tibb müəssisələri ilə virtual görüş və müşavirələr videokonfrans sistemi vasitəsilə aparılır. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bir sıra tibb müəssisələrində Cisco Webex Video Platforması üzərindən videokonfrans sistemi qurub.
Sistemin qurulmasında məqsəd Nazirlər Kabineti yanında Operativ Qərargah, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin nümayəndələri və tibb müəssisələrinin baş həkimləri ilə birgə koronavirusla bağlı mövcud vəziyyətin müzakirəsində, iş prosesində yaranan problem və təkliflərlə bağlı fikir mübadiləsinin aparılmasında, eyni zamanda ağır koronavirus xəstələrinin müalicəsi istiqamətində təcrübələrin bölüşülməsində virtual ünsiyyətin təmin edilməsidir.
Hazırda videokonfrans sistemi Mərkəzi Neftçilər Xəstəxanası, Yeni Klinika, Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik və Tədris Cərrahiyyə Klinikaları, M.Ə.Əfəndiyev adına 2 nömrəli şəhər Klinik Xəstəxanası, 17 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanası, Quba, Balakən, Şəki, Qobustan, Ağdaş, Goranboy, Şəmkir, Qazax, Ağcabədi, Sabirabad, İmişli, Astara, Masallı, Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Salyan, Neftçala, Saatlı, Şirvan və Cəbrayıl rayon Mərkəzi Xəstəxanaları, Abbas Səhhət adına 1 nömrəli Şəhər Xəstəxanası və Lənkəran Müalicə Diaqnostika Mərkəzində qurulub.
Sistemin respublikanın digər rayon mərkəzi xəstəxanaları və müalicə diaqnostika mərkəzlərində qurulması üzrə işlər davam etdirilir.
Xəbərlər
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 İyul 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 İyul 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 İyul 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 İyul 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla bərpa olunur
01 İyul 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 İyun 2024 10:51
İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
24 İyun 2024 14:52
Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib
21 İyun 2024 17:00
İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21 İyun 2024 10:57
Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı
14 İyun 2024 14:49