19 Mart 2021 11:46
Ötən il koronavirus pandemiyası ilə mübarizədə iştirak edənlərə 169.4 milyon manat müddətli əlavə və mükafat ödənilib
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərar və sərəncamlarına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən 2020-ci ilin mart-dekabr ayları ərzində yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə iş vaxtına/saatına mütənasib olaraq 145.8 milyon manat, qeyri-tibb işçilərinə isə 23 milyon manat müddətli əlavə ödənilib.
Yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinə ötən ilin aprel-dekabr ayları üzrə iş vaxtına/saatına mütənasib olaraq 385.000 manat məbləğində müddətli əlavə ödənilib. Könüllülərə adambaşına aylıq 250 manat olmaq şərtilə, 138.500 manat məbləğində mükafat ödənilib.
Tibb və qeyri-tibb tibb işçilərinə, eləcə də könüllülərə aylar üzrə ödənilən müddətli əlavə və mükafatların məbləği aşağıdakı kimidir:
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 yanvar 2021-ci il tarixli 2 nömrəli Qərarına əsasən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqqılarına müddətli əlavələrin ödənilməsi 2021-ci il martın 31-dək uzadılıb.
Xəbərlər
2021-ci ilin mart ayı ərzində icbari tibbi sığorta çərçivəsində 1 milyondan çox tibbi xidmət göstərilib
12 Aprel 2021 14:53
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin MƏLUMATI
09 Aprel 2021 16:02
Koronavirus pandemiyası ilə mübarizədə iştirak edənlərə cari ilin yanvar ayı üzrə 18.3 milyon manat müddətli əlavə və mükafat ödənilib
09 Aprel 2021 14:47
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatı
08 Aprel 2021 16:16
“AztraZeneca” vaksininin Azərbaycana gətirilməsi ilə bağlı iclas keçirilib
30 Mart 2021 19:01
1 apreldən icbari tibbi sığorta bütün ölkə əhalisini əhatə edəcək
30 Mart 2021 16:02
Bakı, Sumqayıt və Abşeronda icbari tibbi sığortanın tətbiqi ilə bağlı hazırlıq işləri davam etdirilir
29 Mart 2021 15:49
Beynəlxalq səfərlər üçün verilən COVID-19 PZR analizinin nəticəsinin onlayn qaydada əldə edilməsi məqsədilə elektron xidmət yaradılıb
16 Mart 2021 18:24
Yaponiyanın Azərbaycandakı səfiri ilə Agentlikdə görüş keçirilib
16 Mart 2021 17:27
2021-ci ilin fevral ayı ərzində icbari tibbi sığorta çərçivəsində 1 milyondan çox tibbi xidmət göstərilib
15 Mart 2021 15:53