08 Dekabr 2017 10:12
Pilot ərazilərdə hipertoniya, xolesterin və sağlam qidalanmaya həsr olunmuş sağlamlıq həftələri başa çatıb
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi pilot ərazilərdə - Mingəçevir şəhərində və Yevlax rayonunda 13-26 noyabrda hipertoniya və sağlam qidalanmaya, 20 noyabr-03 dekabr 2017-ci il tarixində isə xolesterin və sağlam qidalanmaya həsr olunmuş sağlamlıq həftələri təşkil etmişdir. Sağlamlıq həftələri çərçivəsində müayinələrdən keçənlərin sağlamlıq vəziyyətini və müalicə-profilaktik tədbirlərin səmərəliliyini qiymətləndirmək məqsədilə hazırlanan registr sisteminin məlumatları təhlil edilib.
Hipertoniya və sağlam qidalanmaya həsr olunmuş sağlamlıq həftələri ərzində müxtəlif yaş qruplarına aid 2804 nəfər tibbi müayinələrdən keçmiş və ailə həkimləri tərəfindən onlara müvafiq məsləhətlər verilmişdir. Bu həftələr müddətində 425 nəfər sağlamlıq vəziyyətinin təyini məqsədilə müxtəlif laborator və instrumental müayinələrdən keçmişdir.
Müraciət edən vətəndaşların 81 nəfəri 0-15 yaş, 194 nəfəri 16-25 yaş, 338 nəfəri 26-35 yaş, 402 nəfəri 36-45 yaş, 652 nəfəri 46-55 yaş, 1004 nəfəri 56-70 yaş arasında, 133 nəfəri isə 70 yaşdan yuxarı olublar.
Bu həftələrdə iştirak edənlərin tibbi müayinələrdən keçmə tezliyi də müxtəlifdir. 809 nəfər son 1 ay, 734 nəfər son 3 ay, 439 nəfər son 6 ay, 391 nəfəri son 1 il, 171 nəfər isə son 3 il ərzində tibbi müayinədən keçmişdir. 3-5 il ərzində müayinələrdən keçənlərin sayı 104 nəfər təşkil edib. 156 nəfər isə sonuncu dəfə tibbi müayinədə 5 və daha çox il öncə olub. Əldə olunan statistik göstəricilər deməyə əsas verir ki, icbari tibbi sığortanın tətbiqinə başlanması ilə vətəndaşların müayinələrə cəlb olunma tezliyində artım müşahidə olunmuşdur. Belə ki, ümumi müraciət etmiş 2804 nəfərdən 1982 nəfəri son 6 ay ərzində müayinələrdən keçib.
Müraciət etmiş 2804 nəfərdən 984 nəfərin hipertoniya xəstəsi olduğu müəyyən edilib, 226 nəfərdə isə hipertoniya xəstəliyi ilkin aşkarlanıb. Onların müvafiq müalicəyə başlanması təmin edilmişdir.
Xolesterinin profilaktikası və sağlam qidalanmaya həsr olunmuş sağlamlıq həftələrində 2674 nəfər tibbi müayinələrdən keçmiş və ailə həkimləri tərəfindən onlara müvafiq məsləhətlər verilmişdir. Bu həftələr müddətində 370 nəfər sağlamlıq vəziyyətinin təyini məqsədilə müxtəlif laborator və instrumental müayinələrdən keçmişdir.
Müraciət edən vətəndaşların 170 nəfəri 0-15 yaş, 236 nəfəri 16-25 yaş, 335 nəfəri 26-35 yaş, 406 nəfəri 36-45 yaş, 469 nəfəri 46-55 yaş, 924 nəfəri 56-70 yaş arasında, 134 nəfəri isə 70 yaşdan yuxarı olublar.
Bu həftələrdə iştirak edənlərin tibbi müayinələrdən keçmə tezliyi də müxtəlifdir. 1384 nəfər son 1 ay, 594 nəfər son 3 ay, 193 nəfər son 6 ay, 205 nəfəri son 1 il, 161 nəfər isə son 3 il ərzində tibbi müayinədən keçmişdir. 3-5 il ərzində müayinələrdən keçənlərin sayı 36 nəfər təşkil edib. 101 nəfər isə sonuncu dəfə tibbi müayinədə 5 və daha çox il öncə olub. Ümumi müraciət etmiş 2674 nəfərdən 2171 nəfəri son 6 ay ərzində müayinələrdən keçib.
2674 nəfərdən 383 nəfərində qanda xolesterinin miqdarının yüksək olduğu (hiperxolesterinemiya) müəyyən edilmişdir və müvafiq müalicəyə başlanması təmin edilmişdir. 35 nəfərdə xolesistit (öd kisəsinin iltihabı), hepatosteatoz (qaraciyər piylənməsi), meteorizm (köp) əlamətləri müşahidə edilmiş və müvafiq tövsiyələr verilmişdir.
Hər iki sağlamlıq həftələri çərçivəsində pilot ərazilərin sakinlərinə hipertoniyanın və xolesterinin profilaktikası və sağlam həyat tərzinə dair tövsiyələr verilmişdir. Həmçinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən əhalinin maarifləndirilməsi məqsədilə hazırlanmış “Təzyiq altında həyat”, “Xolesterin haqqında nəyi bilməliyik?” və “Sağlam qidalanaraq sağlam yaşayın!” bukletləri paylanmışdır.
Xəbərlər
Agentliyin İdarə Heyəti sədrinin müavini “Caspian Energy Club”un “Online B2G Forum”unda iştirak edib
23 Fevral 2021 16:36
2021-ci ilin yanvar ayı ərzində icbari tibbi sığorta çərçivəsində 800 mindən çox tibbi xidmət göstərilib
22 Fevral 2021 12:09
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin MƏLUMATI
16 Fevral 2021 09:45
Agentliyin “1542” Çağrı mərkəzinə ötən il 133 574 müraciət daxil olub
12 Fevral 2021 10:31
Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev Gəncə şəhərində icbari tibbi sığortanın tətbiqi istiqamətində görülən işlərlə tanış olub
11 Fevral 2021 14:21
COVID-19 xəstəliyi əleyhinə vaksinasiya üçün elektron xidmət istifadəyə verilib
05 Fevral 2021 14:29
İcbari tibbi sığortanın 2020-ci il üzrə tətbiqi ilə bağlı mətbuat konfransı keçirilib
04 Fevral 2021 11:14
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin məlumatı
03 Fevral 2021 08:23
2020-ci il ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 16174 vətəndaş müraciəti daxil olub
01 Fevral 2021 11:35
Agentliyin konsolidə olunmuş maliyyə hesabatlarına dair kənar auditor rəyi ilə bağlı açıqlaması
29 Yanvar 2021 16:17