19 Sentyabr 2018 11:03
Pilot tibb müəssisələrində çalışan orta tibb işçiləri arasında keçirilən sorğuların nəticələri açıqlandı
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) pilot tibb müəssisələrində - Mingəçevir şəhər və Yevlax rayon Mərkəzi Xəstəxanalarında çalışan orta tibb işçiləri arasında keçirilmiş “Tibb işçilərinin işdən məmnunluğunun və icbari tibbi sığorta sisteminin tətbiqinə münasibətinin öyrənilməsinə dair sorğunun” nəticələri əsasında hazırlanan hesabatları ictimaiyyətə təqdim edib. Sorğularda Mingəçevir şəhər Mərkəzi Xəstəxanasından (Mingəçevir ŞMX) 277, Yevlax rayon Mərkəzi Xəstəxanasından (Yevlax RMX) 202 nəfər orta tibb işçisi iştirak edib.
Hesabatda göstərilir ki, 2016-cı ildə Mingəçevir ŞMX-da çalışan orta tibb işçilərinin 94.6%-i, Yevlax RMX-da isə 93.6%-i 105-250 manat həcmində məvacib alıb. 2017-сi ildən etibarən icbari tibbi sığortanın (İTS) tətbiqindən sonra Mingəçevir ŞMX və Yevlax RMX-da fəaliyyət göstərən orta tibb işçilərinin əmək haqlarına sabit əlavələr edilmişdir. Bunun nəticəsində Mingəçevir ŞMX-da çalışan orta tibb işçilərinin 68%-nin, Yevlax RMX-da isə 30%-nin məvacibi 251-450 manat olub. Aldıqları məvacibdən məmnunluq səviyyəsinə gəldikdə Mingəçevir ŞMX üzrə bu göstərici 60%, Yevlax RMX üzrə isə 74.2% qeydə alınıb.
Sorğuların nəticələrindən məlum olmuşdur ki, Mingəçevir ŞMX-da aparılmış islahatlardan orta tibb işçilərinin 78%-i, Yevlax RMX-da aparılmış islahatlardan 83.6%-i, vətəndaş kimi İTS-nin tətbiqindən Mingəçevir ŞMX-da 83.8%-i, Yevlax RMX-da 89.1%-i, iş yerinin texniki təchizatından Mingəçevir ŞMX-da 66.4%-i, Yevlax RMX-da isə 77.3%-i razıdır.
Mingəçevir ŞMX və Yevlax RMX-da çalışan orta tibb işçilərinin əksəriyyəti İTS-nin tətbiqinin onların çalışdıqları tibb müəssisəsinə müsbət təsir etdiyini bildirib. Onlar tibb müəssisələrinin müvafiq tibbi avadanlıqlarla, dərman vasitələri ilə təchizatının və iş şəraitinin yaxşılaşmasını, nizam-intizamın güclənməsini, tibbi xidmətlərin keyfiyyətinin yüksəlməsini, onlara əlçatanlığın artmasını və pasiyentlərin məmnunluğunun artmasını müsbət qiymətləndiriblər.
Tibb müəssisələrində işin təkmilləşdirilməsi məqsədilə verilən təkliflərə gəldikdə isə, orta tibb işçilərinin əksəriyyəti bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün ixtisasartırma kurslarının və təlimlərin təşkilini, tibb müəssisələrinin strukturunun dəyişdirilməsini, fəaliyyətinin gücləndirilməsini və İTS-nin əhatə dairəsinin genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Agentlik həmçinin Ağdaş rayon Mərkəzi Xəstəxanasında (Ağdaş RMX) “Tibb işçilərinin işdən məmnunluğunun və icbari tibbi sığorta sistemi ilə bağlı məlumatlılıq səviyyəsinin öyrənilməsinə dair” keçirilən sorğunun nəticələrini ictimaiyyətə təqdim edib. Qeyd edək ki, həmin sorğu Prezidentin Ağdaş rayonu üzrə icbari tibbi sığortanın tətbiqi ilə bağlı Fərmanı imzaladığı tarixdən bir ay sonra keçirilib. Bunu nəzərə alaraq Ağdaş RMX-da 249 nəfər arasında keçirilən sorğu zamanı orta tibb işçilərinin əmək haqlarının müqayisəli təhlili aparılmayıb, onların işdən məmnunluğu, İTS-lə bağlı məlumatlılığı, təlimə ehtiyaclarının qiymətləndirilməsi və İTS-lə bağlı gözləntiləri müəyyən edilib.
Nəticələrdən məlum olur ki, Ağdaş RMX-da çalışan orta tibb işçilərinin 38.9%-i aldığı məvacibdən razıdır. Burada iş qrafikindən razı olanlar 88.8%, iş yükündən razı olanlar 82.4% təşkil edir. Orta tibb işçilərinin 48.2%-i iş şəraitini yüksək qiymətləndirib.
83.9% orta tibb işçisi pasiyentlə işləməkdən çox məmnundur. Tibb müəssisəsində işin daha səmərəli təşkili və tibbi xidmətlərin keyfiyyətinin artırılması üçün təlimlərin təşkilini zəruri hesab edənlər 78% təşkil edib. Burada çalışan orta tibb işçilərinin 94.7%-i İTS-nin tətbiqinin müsbət dəyişikliklərə səbəb olacağını bildirib.
Orta tibb işçiləri işin təkmilləşdirilməsi məqsədilə tibb müəssisəsinin dərman vasitələri, tibbi avadanlıqlarla təminatını, iş şəraitinin yaxşılaşdırılmasını və əmək haqlarının artırılmasını təklif ediblər.
Qeyd edək ki, sorğu 2018-ci ildə Agentlik və hər üç bölgənin Səhiyyə İşçilərinin Həmkarlar İttifaqı Şuraları ilə birgə keçirilib.
Hesabatlar ilə Agentliyin rəsmi internet saytından - its.gov.az-dan tanış ola bilərsiniz.
Xəbərlər
Sidik-ifrazat sisteminin katerizasiyası icbari tibbi sığorta təminatına daxildir
30 Sentyabr 2024 15:15
Tənəffüs sisteminin funksional diaqnostikası icbari tibb sığorta ilə qarşılanır
24 Sentyabr 2024 15:32
Zaur Əliyev Şamaxıda vətəndaşları qəbul edib
20 Sentyabr 2024 17:16
Eşitmə problemlərinin erkən diaqnostikası icbari tibbi sığorta ilə qarşılanır
17 Sentyabr 2024 15:04
Tibb bacısı xidmətinin inkişafı məqsədilə Türkiyə təcrübəsi öyrənilir
13 Sentyabr 2024 17:54
Sünnət icbari tibbi sığorta hesabına təminata alınıb
12 Sentyabr 2024 10:35
Agentlik və TƏBİB-in əməkdaşları Koreya Respublikasında səfərdə olublar
11 Sentyabr 2024 14:24
Anadangəlmə dodaq və damaq yarıqlarının cərrahi korreksiyası icbari tibbi sığorta ilə icra edilir
06 Sentyabr 2024 10:26
Kolonoskopiya müayinəsi icbari tibbi sığorta ilə qarşılanır
03 Sentyabr 2024 10:04
İcbari tibbi sığorta hesabına 145 transplantasiya əməliyyatı icra olunub
29 Avqust 2024 09:59