11 Aprel 2023 15:32
Koreya hökuməti ölkəmizə tibbi cihazlar ianə edib
11 aprel 2023-cü il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) ilə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan Nümayəndəliyi arasında icra olunan “Səhiyyə sektorunun dəstəklənməsi” layihəsi çərçivəsində TƏBİB-in tabeliyindəki Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına tibbi cihazlar ianə edilib.
KOICA Azərbaycanlı Məzunlar Assosiasiyasının (KOAZ) maliyyə dəstəyi ilə xəstəxananın Pediatriya şöbəsinə ianə edilən cihazlar (inhalyator, elektron qulaq termometri, qlükometr və s.) uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması məqsədini daşıyır.
Təqdimat mərasimində Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov, KOICA Azərbaycan Nümayəndəliyinin direktoru Mun Conq Hyun, Agentliyin Beynəlxalq əlaqələr departamentinin rəhbəri Ruslan Abdullayev və TƏBİB-in Strateji inkişaf departamentinin rəhbəri Yaqut Qarayeva iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov Koreya hökumətinə öz təşəkkürünü bildirib: “Koreya hökumətinin ölkəmizdə səhiyyənin inkişafına və əhalinin sağlamlığının qorunmasına göstərdiyi diqqət təqdirəlayiqdir. İanə edilən avadanlıqlar ambulator və stasionar şəraitdə uşaqlara vaxtında, keyfiyyətli tibbi xidmətlərin göstərilməsinə kömək olacaq”.
Daha sonra KOICA Azərbaycan Nümayəndəliyinin direktoru Mun Conq Hyun çıxış edərək Azərbaycandakı səhiyyə qurumları ilə səmərəli əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Qeyd olunub ki, layihə çərçivəsində Agentliklə KOICA arasında imzalanmış Anlaşma Memorandumunun məqsədi Azərbaycanda tibbi xidmətlərin keyfiyyətini və əlçatanlığını təmin etməkdir.
Sonda TƏBİB-in Strateji inkişaf departamentinin rəhbəri Yaqut Qarayeva tibb müəssisələrinin texniki bazasının gücləndirilməsi yönündə göstərilən dəstəyə görə Koreya hökumətinə minnətdarlığını bildirib və səmərəli əməkdaşlığın davam etdiriləcəyinə əminliyini ifadə edib.
Tədbirin ikinci hissəsində Respublika Klinik Xəstəxanasının tibb işçilərinin infeksion xəstəliklərlə bağlı biliklərinin artırılması, bu sahədə Koreya təcrübəsinin öyrənilməsi məqsədilə təlim keçirilib. Təlimdə “Azərbaycanda yoluxucu xəstəliklərin qarşısının alınması” və “Ölkədə infeksion nəzarət və infeksiyaların profilaktikası ilə bağlı həyata keçirilən fəaliyyətlər” mövzularında təqdimatlar edilərək, təcrübə mübadiləsi aparılıb.
Xəbərlər
Zaur Əliyev Qubada vətəndaşları qəbul edib
23 Noyabr 2023 16:45
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi media nümayəndələri üçün təlim keçirib
22 Noyabr 2023 16:00
Xəstəxanaların idarəedilməsi sahəsində 60 nəfər rəhbər heyət Türkiyə təcrübəsini öyrənir
14 Noyabr 2023 16:50
“Medinex” və “Beauty Azerbaijan” sərgilərinin açılış mərasimi keçirildi
02 Noyabr 2023 14:00
Süd vəzi müayinəsi icbari tibbi sığorta təminatına daxildir
31 Oktyabr 2023 09:10
İcbari tibbi sığorta ilə LOR əməliyyatları icra olunur
30 Oktyabr 2023 15:00
Zaur Əliyev Lənkəranda vətəndaşları qəbul edib
27 Oktyabr 2023 15:37
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatı
26 Oktyabr 2023 12:08
Xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün tibbi aksiyalar keçirilib
20 Oktyabr 2023 12:30
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi informasiya sistemlərini “Hökumət buludu”na köçürüb
10 Oktyabr 2023 11:07